top
Fərid Qayıbov 2025-ci ilin idman yekunlarını açıqladı: 2113 medal, yeni nailiyyətlər və qarşıda duran vəzifələr Idman.biz
30 dekabr 2025, 12:45
- ↺ +

Fərid Qayıbov 2025-ci ilin idman yekunlarını açıqladı: 2113 medal, yeni nailiyyətlər və qarşıda duran vəzifələr

"Ənənəvi olaraq, bu il də dövlətimizin başçısı cənab İlham Əliyev idman yekunlarına həsr edilmiş görüşdə il ərzində fərqlənən bir qrup idmançı və mütəxəssislərə dövlət mükafatları və mənzillər təqdim etdi. Bu görüşlər idmançılarımız üçün təkcə mükafatlandırma deyil, həm də mənəvi dəstək və yeni hədəflər üçün güclü motivasiyadır. Ölkə başçısının səsləndirdiyi fikirlər gələcək fəaliyyətimiz üçün mühüm istiqamətləri müəyyənləşdirdi. "Buta Palace"da baş tutan digər tədbirimizdə isə müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırdıq".

İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov dekabr ayını dəyərləndirərkən deyib.

O, sayca 52-ci "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, 2025-ci il Azərbaycan idmanı üçün yeni rekordlar, uğurlar və əlamətdar hadisələrlə yadda qalıb: "İl ərzində idmançılarımız dünya və qitə çempionatlarında, dünya kubokları, qran-prilər və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək 613 qızıl, 616 gümüş və 884 bürünc, ümumilikdə 2113 medal qazandılar. Bu nəticələr böyük zəhmətin, planlı işin və ardıcıl inkişafın göstəricisidir".

Nazir vurğulayıb ki, Bakı şəhəri 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı" elan olunub: "Bu münasibətlə Bakı Şəhər İcra Hakimiyyətində "Dünya İdman Paytaxtları" xatirə lövhəsinin rəsmi təqdimetmə mərasimi keçirildi və Bakı bu statusu Monako şəhərindən təhvil aldı. İnanıram ki, federasiyalar və aidiyyəti qurumlarla birgə paytaxtımız bu məsuliyyətli missiyanı uğurla həyata keçirəcək".

Qayıbov qeyd edib ki, Beynəlxalq fəaliyyətlərimiz də il ərzində davam edib: "Koreyanın Busan şəhərində keçirilən Dünya Antidopinq Konfransında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi və həyata keçirilən layihələr haqqında danışdıq. Səfər çərçivəsində Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin prezidenti Vitold Banka və Busan şəhərinin meri Park Heonq-cun ilə görüşlər keçirildi".

Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edib: "Dialoq çərçivəsində gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri təşkil olundu. Tədbir zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam ilə görüşümüz oldu".

Qayıbovun sözlərinə görə, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir Bakıya səfər etdi və ölkəmizdə gənclər və idmançılar üçün yaradılan şəraitlə tanış olub: "Qonaqla görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik. BMT-nin Azərbaycandakı missiyasını başa vuran rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə də görüşdük və gələcək fəaliyyətində uğurlar arzuladıq".

O, ənənəyə uyğun olaraq beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb, onların fikir və təkliflərini dinləyib: "Növbəti vətəndaş qəbulumuz isə Cəlilabad şəhərində Biləsuvar, Cəbrayıl və Cəlilabad rayon sakinləri ilə baş tutdu".

"Böyük qayıdış" proqramına dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərə idmançılarımızın səfərləri il ərzində davam etdiyini söyləyən nazir, futbolçuların, cüdoçuların və idman veteranlarının ardınca bu dəfə güləşçilərimiz də bu missiyaya qoşulduğunu söyləyib.

Nazir mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan və 11-ci dəfə keçirilən Vüqar Həşimov Memorialının bu dəfə Xankəndi şəhərində keçirildiyini vurğulayıb.

Dördüncü dəfə keçirilən "Üzgüçülük hamı üçün" yarışının bu dəfə Bakı və regionlarda fəaliyyət göstərən 37 üzgüçülük hovuzunda 14 yaş qrupu üzrə 1500-dən çox iştirakçını əhatə etdiyini söyləyən nazir, üzgüçülük idman növünə marağın artdığını bidlirb: "Səkkizinci Uşaq Paralimpiya Oyunları, padel idman növü üzrə ilk Azərbaycan çempionatında, taekvondo və karate üzrə növbəti ölkə çempionatlarında iştirak etdik.

Atıcılıq, badminton və qılıncoynatma federasiyalarının hesabat seçki konfransları keçirildi. Şahmat Federasiyası ilə MMA və Qrapplinq Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş konfransları ötən dövrdəki fəaliyyətlərin müzakirəsi baxımından faydalı oldu. Yenidən seçilən federasiya rəhbərlərinə qarşıdakı dövrdə yeni-yeni uğurlar arzulayıram.

Şübhəsiz uşaq və gənclərin idmana cəlb edilməsi istiqamətində, eləcə də yeni çempionların yetişməsi baxımından kənd və qəsəbələrdə idman zallarının fəaliyyəti də mühüm rol oynayır. Bu günlərdə tanınmış güləşçimiz Taleh Məmmədovun Zabrat qəsəbəsində yunan-Roma güləşi zalı fəaliyyətə başladı".

Gənclərlə iş sahəsində də fəaliyyətlərin yetərincə effektiv olduğunu söyləyən Qayıbov, "regionlarda təşkil olunan gənclər düşərgələri də gənclərin maariflənməsi və sosial bacarıqlarının inkişafında xüsusi rol oynayır. Qubada keçirilən "Zəfər salnaməsi: Hüquq və Birliyimiz", "Poliqon" hərbi-vətənpərvərlik düşərgələri, "4P Gənclər Evi", "Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" və digər tədbirlər gənclərin sosial aktivlik və təcrübə baxımından formalaşmasına dəstək olur", - deyə bildirib.

Beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə keçirilən görüşlərin onların qazandıqları təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətli olduğunu vurğulayan nazir Türkiyə, Özbəkistan, Mərakeş, Braziliya, Qazaxıstan, İtaliya, Sinqapur, Rusiya və Estoniyada keçirilən tədbirlərdə iştirak edən gənclərimizin Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib.

Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Tələbə Gənclər Təşkilatlarının nümayəndələri ilə, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri və ekspertləri ilə, eləcə də Azərbaycan - Türkiyə "Mütəxəssis mübadiləsi proqramı" çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti ilə, 4-cü "Yüksəliş" müsabiqəsinin qalibi İnsafəli Səmədov ilə görüşlərə də toxunan Fərid Qayıbov, bu istiqamətdə Bakıda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin fəaliyyətinin 15 illiyi münasibətilə keçirilən diplomatik qəbulun da mühüm əhəmiyyət daşıdığını, belə beynəlxalq platformaların gənclər arasında dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət etdiyini söyləyib.

Son olaraq Qayıbov bildirib ki, qələbələrlə zəngin daha bir il arxada qoyulub: "Geriyə baxdıqda həm gənclər, həm də idman sahəsində atılan addımların öz bəhrəsini verdiyini görürük. Bu uğurlar ayrı-ayrılıqda deyil, gənclərimizin, idmançılarımızın, idman ictimaiyyətinin, gənclər təşkilatlarının və federasiyaların #birkimibirlikdə yaratdığı birliyin nəticəsidir. İnanıram ki, məhz bu birlik və düzgün strategiya bizi daha böyük hədəflərə aparacaq. Fürsətdən istifadə edərək, hər birinizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər