top
Fərid Qayıbov: 2023-cü ildə gənclər və idman sahələrində əldə olunan uğurlar Idman.biz
02 dekabr 2025, 19:07
- ↺ +

Fərid Qayıbov: 2023-cü ildə gənclər və idman sahələrində əldə olunan uğurlar

"Zəfər tariximizə qələbə ayı olaraq yazılmış noyabr gənclərimizin və idmançılarımızın növbəti uğurları ilə yadda qaldı. Bir sıra uğurlu layihələrin fonunda beynəlxalq yarışlarda qazanılan qələbələr də yetərincə oldu. Sayca 5-ci dəfə keçirdiyimiz "Qələbə qaçışı" bu dəfə də kütləvilik baxımından fərqləndi. Zəfərimizin 5 illiyini idman ictimaiyyətimiz müxtəlif və maraqlı tədbirlərlə #birkimibirlikdə qeyd etdi".

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov noyabr ayını dəyərləndirərkən deyib.

O, sayca 51-ci "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, beynəlxalq fəaliyyət və görüşlər ötən ay da davam edib: "Busan şəhərində İdmanda Dopinqə dair Dünya Konfransında iştirak etdik. Praqaya səfər çərçivəsində Çex Respublikası Milli İdman Agentliyinin sədri Ondrej Şebeklə görüşümüz oldu. Eləcə də Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası çərçivəsində baş katib Kayrat Sarıbay ilə ölkəmizin gənclər siyasəti və əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə etdik".

Nazir vurğulayıb ki, Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmin Bakıya səfəri çox xoş və əlamətdar olub: "Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun qəbulunda olan qonaqla bu idman növünün inkişaf perspektivləri müzakirə edildi. Səfər çərçivəsində ilk dəfə olaraq Dünya Kubokunun Azərbaycanda təşkili barədə saziş də imzalandı".

Regional idarələrimizin fəaliyyətinin optimallaşdırılması daimi olaraq diqqət mərkəzimizdə olduğunu qeyd edən nazir Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional Gənclər və İdman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı keçirilən müşavirədə onların fəaliyyətinin səmərəliliyinin artırılması, gənclər və idman sahələrində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparıldığını bildirib.

Qayıbov qeyd edib ki, VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 20 idman növü üzrə 169 idmançı ilə təmsil olunub və komandamız 9 qızıl, 19 gümüş və 31 bürünc olmaqla ümumilikdə 59 medal qazanıb: "Əyara görə 10-cu, medal sayına görə 4-cü olan idmançılarımızı təbrik edir və daha böyük nailiyyətlər arzulayıram. Oyunların keçirildiyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Krallığın idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səud ilə görüş keçirərək iki ölkənin gənclər sahəsində əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün İcra Proqramını imzaladıq. Səfər zamanı Zəfər Günü və Dövlət Bayrağı Gününü Ər-Riyaddakı səfirliyimizdə həmvətənlərimizlə birlikdə qeyd etdik. Həmçinin atletlər kəndinə baş çəkərək idmançılarımızla görüşdük, onların yaşayış və məşq şəraiti ilə yerində tanış olduq".

Nazir regionlarımızda nüfuzlu beynəlxalq yarışların təşkilinin artıq yeni ənənəyə çevrildiyini yazıb: "III MDB Oyunlarının ardınca Gəncə şəhəri bu dəfə aerobika gimnastikası üzrə həm yeniyetmələr, həm də böyüklər arasında Avropa çempionatına ev sahibliyi etdi. Paytaxtdan uzaqda keçirilsə də, yarış zamanı dolu olan tribunalarda Avropanın müxtəlif ölkələrindən gələn çox sayda idman azarkeşini görmək xoş idi".

Dördüncü dəfə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verildiyini qeyd edən nazir dövlət qurumları arasında ilk dəfə 2022-ci ildə başlayan turnirə marağın ilbəil artdığını vurğulayıb: "Bu dəfə 45 dövlət qurumunun iştirakı ilə start götürən turnir gələn il mayın 8-dək davam edəcək. Yarışda fəal iştirak edən bütün dövlət qurumlarına təşəkkür edir və hər birinə uğurlar arzulayıram".

Qayıbovun sözlərinə görə, ənənə halını almış İdman Festivalı layihəsi bu il "İdman Paytaxtı" Qəbələdə, həmçinin Şəkidə keçirilib: "İnanıram ki, festival gənc idmançılar üçün unudulmaz anlarla yadda qaldı. Tonqal ətrafında onlarla görüşümüz də maraqlı ənənəyə çevrilib. Gənclərin sağlam həyat tərzinə təşviq edilməsi üçün görülən işlər təkcə paytaxtda deyil, bölgələrdə də effektivliyini göstərir. Mingəçevirdə "Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus" layihəsinin icrası zamanı gənclərimizin fəallığına bir daha əmin olduq".

"İdman federasiyalarının nümayəndələri ilə sayca 23-cü görüşümüz "İdman Paytaxtı"mız Qəbələdə baş tutdu", - deyə qeyd edən nazir tədbirdə son fəaliyyətlərin birgə müzakirə edildiyini və qarşıdakı hədəflərlə bağlı fikir mübadiləsi aparıldığını vurğulayıb: "Ənənə üzrə iki aydan bir keçirdiyimiz görüşlərdə qoyulan məsələlərin müzakirəsi zamanı göstərdikləri fəallığa görə federasiya nümayəndələrinə təşəkkür edirəm. Ənənə üzrə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla da görüşdük, fikirlərini dinlədik. Növbəti vətəndaş qəbulumuz isə Gəncə şəhərində oldu. Qəbul çərçivəsində Samux, Kəlbəcər rayonları və Gəncə şəhər sakinləri ilə görüşdük".

Qayıbov gənclər sahəsində də bir sıra mühüm layihələrin reallaşdığını bildirib: "Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası və yekun sənədin qəbulu, eləcə də Azərbaycan - Özbəkistan Gənclər Forumu, həmçinin gənclər mübadiləsi proqramı beynəlxalq və ikitərəfli əməkdaşlıq müstəvisində növbəti uğurlu addımlar oldu. 50 ölkədən 3000-dən çox gənc sahibkarın iştirak etdiyi Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) da gənclərimizin beynəlxalq əməkdaşlıq imkanları baxımından faydalı oldu".

O, noyabr ayında gənclərimizin Türkiyə, Qazaxıstan, Özbəkistan, Fransa, Misir və digər ölkələrdə Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayıb: "Astanada MDB tədbirlərində bir neçə nominasiyada qalib gəlməklə yanaşı, Antalyada təşkil olunan "Game of Food Gastroantalya" yarışında əsas kuboka sahib olan gənclərimiz Vətənə uğurla qayıdıblar. Bütün gənclərimizi qazandıqları nailiyyətlər münasibətilə təbrik edirəm".

Noyabr ayında ölkəmizin müxtəlif bölgələrində düşərgələrin keçirildiyini və gənclərin fəal iştirakı ilə bu layihələrin artıq davamlı bir ənənəyə çevrildiyini bildirən nazir, Quba Olimpiya İdman Kompleksində "Zəfər 5 il" könüllülər düşərgəsi, "Hüquq liderliyi" düşərgəsi, Şəki Olimpiya İdman Kompleksində "Şanlı Zəfər" düşərgəsi və "Kür" Olimpiya Tədris-İdman Mərkəzində 25-ci "#Poliqon" hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunduğunu qeyd edib: "Gənclər arasında keçirilən "GİNius 86.600" və "GİNius" Tələbə-Gənclər kuboku üzrə intellektual oyunları böyük maraqla qarşılandı və gərgin rəqabətlə müşayiət olundu".

Son olaraq Qayıbov bildirib ki, qələbələrlə zəngin daha bir ili başa vururuq: "Fikrimcə, il ərzində həm gənclər, həm də idman sahəsində yetərincə uğurlarımız oldu. Bu uğurlar gənclərimiz, idmançılarımız, idman ictimaiyyəti, gənclər təşkilatları, federasiyalar – əməkdaşlıq etdiyimiz hər kəsin #birkimibirlikdə fəaliyyəti nəticəsində mümkün oldu. İnanıram ki, bu birliklə bizi qarşıda böyük uğurlar gözləyir".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Oxşar xəbərlər