top
Evren Alkaya: “İnanıram ki, millimiz pley-inə yüksələcək” İdman.biz
03 avqust 2024, 15:14
- ↺ +

Evren Alkaya: “İnanıram ki, millimiz pley-inə yüksələcək”

"Olimpiadada basketbolun 3x3 növündə gərgin mübarizə gedir".

Bunu İdman.bizə Azərbaycanın aşağı yaş qrupları üzrə qız basketbolçulardan ibarət milli komandalarının baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli çalışdırıcı qadınlardan ibarət 3x3 basketbol millimizin Paris-2024 Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirib. O bildirib ki, artıq yığmamız tam olaraq öz oyununu göstərməyə başlayıb: "Dünya liderlərindən olan ABŞ-ı və uzun illər bu növə böyük diqqət ayıran Çini əzimkar şəkildə məğlub etdik. Hazırda oyunçularımız çox yaxşı formadadır. Onlar Olimpiadaya daha da alışdılar. Stressi üzərilərindən atdılar. İndi rəqib kim olsa da, qızlarımız sona qədər mübarizə aparacaqlar".

Alkaya komandamızın bu gün Kanada ilə görüşün vacibliyinə də diqqət çəkib: "3 matçın bir-birinə təsiri böyük olacaq. Kanada çox sistemli, əla mübarizə aparan komandadır. Amma biz bu gün onları məğlub edə biləcək gücdəyik. Dünən bunu bir daha göstərdik. Fransa Avstraliya görüşündə ikincilər mütləq qalib gəlməlidir ki, meydan sahibləri bizim üçün təhlükə yaratmasın. Kanadanı məğlub edəcəyimiz halda isə Çin ABŞ-ı üstələməlidir. Belə halda 4-cü də ola bilərik. Amma biz muduzsaq, amerikalılar mütləq qələbə qazanmalıdırlar ki, 6-cı yeri tutaq. Şanslı olacağımızı, komandamızın performans göstərəcəyini nəzərə alaraq inanıram ki, millimizin 4-cü və ya 5-ci sırada pley-inə yüksələcəyini görəcəyik. Bu da Azərbaycan Basketbol Federasiyasının uğurudur. Əvvəl yaz aylarında başqa ölkələrin oyunlarını izləyiridiksə, indi həyəcanla, sevinclə öz millimizə azarkeşlik edirik. Bu çox böyük bir əməyin nəticəsidir".

Qeyd edək ki, Azərbaycan – Kanada görüşü bu gün saat 19:30-da start götürəcək.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər