top
Endər Poladxanlı: “Basketbolçularımızın “üçlük”də yer alacağına inanıram” İdman.biz
01 avqust 2024, 11:48
- ↺ +

Endər Poladxanlı: “Basketbolçularımızın “üçlük”də yer alacağına inanıram”

"Basketbolçularımız Parisdə tarix yazdı. Olimpiya Oyunlarının komanda idman növündə Azərbaycan ilk qələbəsini qazandı".

Bunu İdman.bizə 3x3 növü üzrə Azərbaycan millinin basketbolçusu Endər Poladxanlı deyib.

O, qadınlardan ibarət 3x3 komandamızın Paris-2024 Yay Olimpiya Oyunlarında son Olimpiya çempionu ABŞ-ı 20:17 hesabı ilə məğlub etməsinə münasibət bildirib. Poladxanlının sözlərinə görə, qələbənin davamı gələcək: "Millimizin potensialına çox yaxşı bələdəm. İspaniyaya məğlub olduğumuz ilk matçda həyəcan hiss olunurdu və bu, normaldır. Dünənki görüşdə isə rahat basketbol oynadıq və nəticədə amerikalıları məğlub etməyi bacardıq. Fransa ev sahibi olduğu üçün, Almaniya da ilk oyunda ABŞ-ı məğlub etdiyi üçün bu gün bizim üçün asan olmayacaq. Hər 2 oyunun gərgin mübarizə şəraitində keçəcəyini düşünürəm. Qızlarımız hər 2 rəqibi məğlub edəcək gücdədirlər".

Poladxanlı yığmala bağlı proqnozunu da açıqlayıb: "Yığmamız Olimpiya Oyunlarında medal qazansa, təəccüblənməyəcəm. İlk "üçlük"də yer alacağımıza inanıram".

Qeyd edək ki, Azərbaycan bu gün Fransa ilə saat 14:30-da, Almaniya ilə isə 20:30-da oynayacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Oxşar xəbərlər