top
Ən müasir  futbol stadionları Lent.az
21 fevral 2025, 19:46
- ↺ +

Ən müasir futbol stadionları

Hər futbol oyunu azarkeşlərə və oyunçulara xüsusi emosiyalar bəxş edir. Stadion atmosferdə mühüm rol oynayır. 

Lent.az xarici mediaya istinadla dünyanın ən müasir futbol arenalarını təqdim edir.

"Alyans Arena"

Bundesliqada çıxış edən "Bavariya" futbol klubunun ev stadionu. Stadion 2005-ci ildə İsveçrənin Herzog & de Meuron Architekten memarlıq bürosunun layihəsi əsasında tikilib. "Alyans Arena" 75.000 tamaşaçı tutumuna malikdir.

İdman qurğusunun fasadı hər birində işıqlandırma olan almaz formalı xüsusi hava yastıqları ilə örtülüb. 2015/16 mövsümü başlamazdan əvvəl arenada yeni işıqlandırma sistemi quraşdırılıb. Bundan sonra stadionun fasadı 16 milyon rənglə parıldayır. Yeni sistemin tətbiqi ilə "Alyans Arena" Avropanın ən böyük, Almaniyada isə LED xarici işıqlandırma ilə ilk stadionu olub.

"Tottenham Hotspur Stadionu"

İngiltərə Premyer Liqasında çıxış edən "Tottenham Hotspur" futbol klubunun doğma meydanı. Arena 62 mindən bir qədər çox azarkeşi qəbul edə bilər. Futbol klubu üçün yeni stadionun tikintisinə 2015-ci ildə başlanılıb və 2019-cu ildə başa çatdırılıb. Tikintinin bir hissəsi köhnə "Uayt Hart Leyn" stadionunun yerində yerləşir. Üstəlik, köhnə strukturun hissələri yenisini tikmək üçün istifadə edilib.

Obyektin tikintisi 1,2 milyard funt-sterlinqə başa gəlib və Londonda əfsanəvi "Uembli"dən sonra ən böyük stadiondur. Arenanın fərqləndirici xüsusiyyəti geri çəkilə bilən sahə ilə unikal dizaynıdır. Çəmən hissələrə bölünür və bir neçə dəqiqə ərzində dəyişdirilə bilər.

"Qrupama Stadionu"

Daha çox "Park Olimpik Lion"  kimi tanınan stadion, 2017-ci ildən etibarən, sponsorluq müqaviləsi ilə "Qrupama Stadionu" kimi tanınır. Arena 59.000-dən bir qədər çox tamaşaçı tutur və "Stade de France" və "Velodrom"dan sonra Fransada üçüncü ən böyükdür. Stadionun tikintisinə 2012-ci ildə başlanılıb və 2016-cı ildə başa çatdırılıb. Layihə Populous memarlıq firması tərəfindən hazırlanıb. İşin dəyəri 410 milyon avro təşkil edib.

Stadionda eyni vaxtda 20 minə qədər cihazı birləşdirə bilən 500 Wi-Fi giriş nöqtəsi var. O, həmçinin çoxsaylı ekranlarla təchiz edilib və öz mobil proqramına malikdir və konstruksiyanın dam örtüyünün xüsusi dizaynı səsi gücləndirmək üçün hazırlanıb. "Qrupama Stadionu"na idman qurğuları, iki otel, istirahət mərkəzi, ticarət zonaları və muzey daxildir. 

"Planet Group Arena"

Belçika Pro Liqasında çıxış edən "Gent" futbol klubunun ev stadionu. Stadionun tikintisinə 2011-ci ildə başlanılıb və iki il davam edib. Struktur 20 mindən bir qədər çox tamaşaçı qəbul edə bilər. Arena 1974-cü ildən bəri Belçikada tikilən ilk arenadır. 

2024-cü ilin aprelində stadionun adı dəyişdirilərək "Planeta Group Arena" adlandırılıb və "Planeta Group" onun sahiblərindən biri olub. Stadionu ekoloji cəhətdən təmiz idman qurğusuna nümunə adlandırmaq olar. Onun damı günəş panelləri ilə təchiz olunub, qazonu suvarmaq üçün yağış sularının yığılması və filtrasiya sistemindən istifadə edilir.

"Mercedes-Benz Stadionu"

Milli Futbol Liqası klubunun "Atlanta Felkons" və MLS klubu "Atlanta Yunayted"in ev stadionu. Arenanın tikintisinə 2014-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb. Layihə 1,6 milyard dollara başa gəlib. Amerika futbol oyunları zamanı stadion 71 min azarkeşi, futbol oyunları zamanı isə 42 500 tamaşaçı qəbul edə bilir.

Layihənin özəlliyi səkkiz üçbucaq paneldən ibarət açılan damdır. İşıqlandırmanı tənzimləmək üçün panellərin şəffaflığı dəyişdirilə bilər.

2026-cı ildə bu stadionda futbol üzrə dünya çempionatının oyunları keçiriləcək. Turnir iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:41

Neftçi – Zirə və Turan Tovuz – Kəpəz oyunlarının hakimləri müəyyənləşdi

Futbol
Bu gün, 15:40

Selta müdafiəçisi Markos Alonso karyerasını bitirməyə yaxın

Futbol
Bu gün, 15:40

Lids klubunun 29 yaşlı hücumçusu Dominik Kalvert-Lyuin 2029 yayına qədər müqavilə uzatdı

Formula 1
Bu gün, 15:31

Oliver Berman 2027-ci ildə də Haas komandasında davam edəcək

Futbol
Bu gün, 15:28

“Mançester Siti”nin soyunub‑geyim otağında maliyyə problemləri səbəbiylə fikir ayrılığı

Futbol
Bu gün, 15:13

"Turan Tovuz"un seneqallı hücumçusu İbrahima Vadji Fransa mətbuatında gündəmdədir

Futbol
Bu gün, 15:09

Veteran Tankçılar Gəncə"nin prezidenti hakimləri təhqir etdiyinə görə 8 oyuna cəzalandırılıb;

Futbol
Bu gün, 15:05

Arif Əsədov: “Sabah” Barselona ilə bərabər səviyyədə mübarizə apardı

Qarabağ FK
Bu gün, 14:58

“Qarabağ”ın 9 illik rekordunu “Sabah–Barselona” matçı qırmadı, “Sabah” üçüncü yerdədir

Futbol
Bu gün, 14:57

Mərakeş CAS-ın qərarına etiraz edəcək – Afrika MMC finalında qarşı-qarşıya vəziyyət

Futbol
Bu gün, 14:44

Mançester Yunayteddə zədə böhranı genişləndi

Futbol
Bu gün, 14:41

Manuel Noyerin həyat yoldaşı ilə ayrılmasının ardından yeni sevgilisi ilə İtaliya və Braziliyaya səfər

Futbol
Bu gün, 14:40

Tottenham 25 yaşlı Vangelis Pavlidisi Benfica təkliflə göndərəcək

Qarabağ FK
Bu gün, 14:40

“Zirə” ikiqolluq üstünlükdən sonra çətinliklərlə üzləşdi, “Şəfa” isə qalib gəlmək üçün risk etmək məcburiyyətində qaldı

Futbol
Bu gün, 14:29

Mingəçevinin baş məşqçisi Samir Məmmədov: "Karvan-Yevlax"a qalib gəlmək istəyirik, azarkeşlərimizi sevindirəcəyik

Futbol
Bu gün, 14:20

Nurlan Novruzov “Neftçi”də U‑12 komandası üçün məşqçi təyin olundu

Futbol
Bu gün, 14:20

I Liqada liderlər qrupundakı üç komandanın qarşılaşmalarından canlı yayım

Futbol
Bu gün, 14:20

Liverpul 42 milyon avro üçün mühafizəçini 60 milyon avroya geri almaq istəyir

Basketbol
Bu gün, 14:17

MBA Avropada 10 milyard avroluq basketbol arenası layihəsini açıqladı

Formula 1
Bu gün, 14:14

Telekanallar Qətər Grand Prix-də iştirak etməyəcək

Futbol
Bu gün, 14:12

"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirdi

Futbol
Bu gün, 14:10

Azərbaycan I Liqasının IX turu başlandı: "Baku Sportinq"–"Şahdağ Qusar" və digər oyuncaqlar

Futbol
Bu gün, 14:00

Səbail

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Oxşar xəbərlər