top
Elmira Aslanova: Zirvələr, Tərəqqi medalı və yeni hədəflər – İDMAN.BİZ-ə MÜSAHİBƏ Idman.biz
27 dekabr 2025, 10:30
- ↺ +

Elmira Aslanova: Zirvələr, "Tərəqqi" medalı və yeni hədəflər – İDMAN.BİZ-ə MÜSAHİBƏ

Yola saldığımız il Elmira Aslanova üçün olduqca məhsuldar keçib. Azərbaycanın Everest fəthi ilə tanınan alpinisti Avstraliyanın ən yüksək materik nöqtəsi sayılan Puncak-Caya zirvəsinə (4 884 metr) qalxıb, ardınca isə Antarktidanın ən uca dağı – Vinson zirvəsini (4 892 metr) fəth edib.

Zirvə fəthi ilə məşğul olan idmançı İdman.Biz üçün ili yekunlaşdıraraq, ilk növbədə ona idmanın inkişafındakı xidmətlərinə görə təqdim olunan "Tərəqqi" medalından danışıb:

"Bu, həyatımın ən xoşbəxt və ən kövrək günlərindən biri idi. Ölkə Prezidenti İlham Əliyev mənə bu medalı təqdim edəndə, açığı, nədən daha çox sevindiyimi belə bilmirdim: bu yüksək mükafata layiq görülmək şərəfinə, yoxsa onu şəxsən böyük liderin əlindən almaq imkanına. İçimdə müxtəlif duyğuların təlatümü vardı - həyəcan, qürur hissi, böyük sevinc və minnətdarlıq. Bu şərəfi mənə bəxş etdiyinə görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Bu medal artıq mənim üçün bir ilham mənbəyidir. Azərbaycanlı olduğum üçün dərin qürur hissi keçirirəm", – deyə E.Aslanov vurğulayıb.

Alpinist başa çatan mövsümə özü hansı qiyməti verdiyi ilə bağlı suala da kifayət qədər orijinal cavab verib və bunu alpinistlərdəki çətinlik kateqoriyası ilə müqayisə edib:

"Hesab edirəm ki, mən əla iş görmüşəm. Amma eyni zamanda daim hiss edirəm ki, Allah mənə kömək edir. Mən təkcə Puncak-Caya və Vinson zirvələrinə qalxdığıma görə yox, həm də məni "kənara itələmək" istəyəndə mənəvi cəhətdən sınmamağıma, öz yoluma fokuslanmaq üçün özümə güc tapmağıma və irəliləməyə davam etməyimə görə özümü təqdir edirəm.

Bundan əlavə, sentyabr ayında əməliyyat keçirməyimə baxmayaraq, bu zirvələri fəth etdiyim üçün də qürur duyuram. Tam bərpa prosesi altı ay çəkdi, Vinson zirvəsinə qalxdığım vaxt isə əməliyyatdan cəmi üç ay keçmişdi. Bu, bərpa dövrü idi və ümumiyyətlə, idmanla məşğul olmurdum. Buna baxmayaraq, bütün maneələrə rəğmən bu zirvələrə qalxmağı özüm üçün böyük qələbə hesab edirəm. Bu il ərzində daxilimdə böyük transformasiyalar baş verdi və bununla fəxr edirəm. Bu yolda mənə, əlbəttə ki, dağlar kömək edir. Mən onları ilk növbədə özüm üçün mənəvi və inkişaf yolu kimi qəbul edirəm", – deyə E.Aslanova qeyd edib.

Alpinist növbəti illə bağlı planlarından da danışıb. O, Şimali Amerikanın ən yüksək nöqtəsi olan, Alyaskada yerləşən Denali zirvəsinə (6194 metr) yürüş etməyi planlaşdırır:

"Plana əsasən, may–iyun aylarında Denaliyə qalxmaq nəzərdə tutulur. Dağ çox çətindir, buna görə də ciddi hazırlaşmağı planlaşdırıram. Daha bir ideyam da var, amma hələlik onu heç kimlə bölüşmək istəmirəm. Düzünü desəm, mən ümumiyyətlə səssiz-küysüz qalxmağı, zirvədə bayraq sancmağı və nəticəni yalnız bundan sonra açıqlamağı sevirəm. Bu, mənə mənəvi cəhətdən daha rahatdır. Hətta bəzən ailəmə belə qalxış günümün nə vaxt olduğunu demirəm", - deyə E.Aslanova etiraf edib.

Denaliyə yürüş, bundan əvvəl Puncak-Caya və Vinson zirvələrinin fəthi kimi, "Yeddi zirvə" layihəsi çərçivəsində həyata keçirilir. Qitələrin ən yüksək nöqtələrinə ekspedisiyaların bir neçə variantının mövcudluğunu nəzərə alsaq, suallardan biri də Avstraliyanın ən yüksək zirvəsi sayılan Kostyuşko dağı (2228 metr) ilə bağlıdır. Azərbaycanlı alpinist İndoneziyaya məxsus Yeni Qvineya adasında yerləşməsinə baxmayaraq, Avstraliya və Okeaniyanın materik hissəsi hesab edilən Puncak-Cayaya qalxıb. Məsələn, bütün 14 səkkizminlik zirvəni fəth edən ilk alpinist, əfsanəvi Reynhold Messner məhz Puncak-Cayanı Avstraliyanın(materikə aid) ən yüksək nöqtəsi kontekstində "doğru dağ" hesab edir.

Bu mövzuda öz fikirlərini bölüşən E.Aslanova Kostyuşko zirvəsinin planlarında olub-olmaması ilə bağlı suala da cavab verib:

"Bu, tam yerinə düşən sualdır, çünki son vaxtlar mən də bu suala cavab axtarıram. Hələlik isə cavab yoxdur (gülümsəyir). Bilmirəm, Kostyuşkoya da getməliyəm, ya yox. Puncak-Cayaya qalxmışam və Messnerə görə məhz bu, doğru Yeddi Zirvə hesab olunur. Həm Avropa, həm də Amerika alpinistləri bu layihəni əsasən Puncak-Caya ilə tanıyırlar. MDB ölkələrinin nümayəndələri isə daha çox Kostyuşko zirvəsinə üstünlük verirlər. Antarktidada olarkən də bu sualın cavabını tapmağa çalışırdım və əsasən belə deyirdilər: ‘Düzgünü Puncak-Cayadır, amma tam əminlik üçün Kostyuşkoya da qalx". Ona görə də hələlik qəti qərara gələ bilməmişəm", – deyə E.Aslanova vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
08 oktyabr 2026, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
08 oktyabr 2026, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
08 oktyabr 2026, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
08 oktyabr 2026, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
08 oktyabr 2026, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
08 oktyabr 2026, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
08 oktyabr 2026, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
08 oktyabr 2026, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
08 oktyabr 2026, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Oxşar xəbərlər