top
Eldəniz Əzizli: “Stadnikin finala yolunda ən çətin rəqibi məhz odur” İdman.biz
06 avqust 2024, 11:52
- ↺ +

Eldəniz Əzizli: “Stadnikin finala yolunda ən çətin rəqibi məhz odur”

"Murad Məmmədov gözləntilərin tam əksini etdi. Onun medal qazanacağına çox ümid bəsləyirdim".

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

3 qat dünya çempionu Murad Məmmədov (60 kq) və Sabah Şəriyətinin (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını dəyərləndirib: "Muradın qrupunu gördükdən sonra düşünürdüm ki, rahat şəkildə finala çıxa bilər. Amma bu, idmandır. Burda məğlubiyyət də olur. Normal qarşılamaq lazımdır. Elə idmanın gözəlliyi hər şeyin gözlədiyin kimi olmamasıdır. Sabah Şəriətiyə gəldikcə, yaxşı çıxış edir. İlk qalib gəldiyi idmançı çox titullu idi. İkinci görüşdə Asiya çempionunu məğlub etdi. Ardınca isə 4 qat olimpiya çempionu Mixain Lopesə uduzdu. Kubalı çox təcrübəlidir. O özü deyir ki, istəməsəm heç kim məni uda bilməz. Bu işləməklə, məşq ilə olan bir şey deyil. Ona Allah tərəfindən verilən vergidir. Məğlubiyyətə baxmayaraq, Sabahın çıxışını yaxşı dəyərləndirirəm. 3-cü yer uğrunda İran idmançısına qarşı güləşmək çətin olacaq. Amma Şəriəti onunla bacara bilər. Güləşçimiz dözməlidir".

Əzizli bu gün mübarizəyə başlayacaq Sənan Süleymanov (77 kq) və Mariya Stadnikdən (50 kq) də gözləntilərini açıqlayıb: "Sənanın qrupu o qədər də asan deyil. İlk rəqibi Ermənistan əsilli Bolqarıstan idmançısı dünya üçüncüsüdür. Yaxşı rəqibdir. Amma Sənan ona dəfələrlə qalib gəlib. Bu dəfə də bunu bacaracağına inanıram. İkinci görüşündə isə rəqibi Zoltan Levai (Macarıstan) və Burhan Akbudak (Türkiyə) cütünün qalibi olacaq. O da çətin qarşılaşma olacaq. Amma ümid edirəm ki, Sənan da yaxşı güləşəcək. Mariyanın isə ilk görüşü asan olacaq, 2-ci qarşılaşmada çətinlik çəkə bilər. Orda ehtimal rəqib monqolustanlı Otqonjarqal Dolqorjav olacaq. O da çox yaxşı güləşçidir. Mariyanın final yolunda ən çətin rəqibi məhz odur".

Qeyd edək ki, Süleymanov ilk görüşdə bolqarıstanlı Aik Mnatsakanyan, Mariya Stadnik isə Anastasiya Blayvas ilə görüşəcək.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Oxşar xəbərlər