Dünya Taekvondosunun Çxunçxonda (Cənubi Koreya) texniki toplantısı keçirilib. Sport24.az xəbər verir ki, iclasda iki sonra gənclər arasında start götürəcək dünya çempionatı müzakirə olunub.
Təşkilatın prezidenti Çunq-Von Çou mundialda rekord iştirakçı qeydə alındığını bildirib. O, oktyabrın 1-6-da keçiriləcək çempionatda 127 ölkədən 960 taekvondoçunun mübarizə aparacağını deyib.
Qeyd edək ki, Azərbaycan yarışda 18 atletlə təmsil olunacaq.