top
“Cücələr” – TƏQDİMAT İdman.biz
05 iyun 2024, 19:21
- ↺ +

“Cücələr” – TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 9 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə E qrupunun komandalarını nəzərdən keçiririk. Belçikanın favorit olduğu qrupda ikincilik uğrunda gərgin mübarizədə Ukraynanın rəqiblərindən biri də Rumıniya olacaq.

Məğlubiyyətsiz bilet
"Cücələr" AVRO-2024-ə vəsiqəni seçmə mərhələdən qazanıb. Qrupu məğlubiyyətsiz başa vuran komanda finişə 1 tur qalmış Almaniya biletini əldə edib. Edvard Yordaneskunun baş məşqçisi olduğu yığma İsveçrə və İsraillə mübarizəni 1-ci yerdə tamamlayıb. "Üçrənglilər" İsveçrə, Belarus, Kosovo səfərlərində, həmçinin İsraillə ev matçında xal itirsə də, bu, onların qrup qalibi olmasına maneçilik törətməyib. IX turda İsraili səfərdə 2:1 yenən Rumıniya Almaniyaya vəsiqə qazandıqdan sonra İsveçrəni qəbul edib. Bir qolla qalib gələn "Karpat uşaqları" 1-ci yeri də əldən verməyib.

Qayıdış
AVRO-2020-dən kənar qalan "sarılar" final mərhələsinə qayıtmaq imkanı əldə ediblər. 8 il əvvəlki yarışın iştirakçısı olan Rumıniya tarixində 6-cı dəfə belə imkan qazanıb. Amma yığmanın qitə çempionatındakı nəticələri göz oxşayan deyil. 5 cəhdin dördündə qrupda qalan millinin yeganə uğuru AVRO-2000-lə bağlıdır. Həmin vaxt Portuqaliya, İngiltərə və Almaniya ilə "Ölüm qrupu"na düşən "Cücələr" 1/4 finala adlasa da, İtaliya səddini keçə bilməyib. Dünya çempionatları isə Rumıniya üçün unudulmuş yarışdır. 7 dəfə mundiala qatılan komanda dörd dəfə 1/8, bir dəfə 1/4 finala qədər irəliləsə də, DÇ-1998-dən sonra seçmə mərhələni keçə bilməyib.

Rumıniya millisinin qrupdakı oyunları:
17 iyun. Rumıniya - Ukrayna
22 iyun. Belçika - Rumıniya
26 iyun. Slovakiya - Rumıniya

Qeyd edək ki, E qrupunun görüşləri 5 fərqli şəhərdə - Ştutqart, Frankfurt, Köln, Münhen və Düsseldorfda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:51

Portuqaliya 7 nömrə geyinərək Ronalduya hörmət göstərir

Futbol
Bu gün, 17:40

Roberto De Zerbi Premier Liqada Ayın Məşqçisi Adlanıb

Digər
Bu gün, 17:30

Ronaldo "Day 1s" serialının aktyoru və icraçı prodüseri olacağına dair çəkilişlərinə başladı

Futbol
Bu gün, 17:30

Azərbaycan milli yığması AVRO-2028-in seçmə mərhələsində 8 oyun keçirəcək

Basketbol
Bu gün, 17:29

ABŞ-lı basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna birləşib;

Futbol
Bu gün, 17:20

Fulham və digər Avropa klubları Betisin yarımmüdafiəçisi Rodriqo Rikelmeyə ciddi maraq göstərir

Futbol
Bu gün, 17:09

Asim Xudiyev UEFA Millətlər Liqasının Belarus-Albaniya oyunu üçün hakim-inspektor təyinatı alıb;

Futbol
Bu gün, 17:00

Qəbələ baş məşqçisi iki futbolçu transferini tələb edir

Qarabağ FK
Bu gün, 16:58

Almeyda Qarabağ'a geri dönüşü barədə öz hiss və ümidlərini paylaşdı

Cüdo
Bu gün, 16:42

Usman Nurməhəmmədova 6 ay həbs və 300 min dirhəm cərimə verildi

Futbol
Bu gün, 16:28

Toral Bayramovun Lixtenşteyn konfransındakı “qapıda da” sualına gülə-gülə cavab

Futbol
Bu gün, 16:20

Vinisius Junior 31,3 milyon avro ilə dünyada ən çox maaş alan braziliyalı futbolçudur

Boks
Bu gün, 16:12

Gürcüstan vətəndaşı olan azərbaycanlı boksçu Emil İsmayılov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazandı

Futbol
Bu gün, 16:00

Samir Abasov: Qələbə olmazsa, milli komandadan danışmaq məcburiyyətində deyilik

Futbol
Bu gün, 15:56

Azərbaycan millisinin Lixtenşteynə qarşı vəzalması: Qrup birinciliyi üçün həlledici məqam

Futbol
Bu gün, 15:40

Manchester United və Manchester City, Chelsea müdafiəçisi Malo Gusto ilə maraqlanır

Futbol
Bu gün, 15:40

Kriştianu Ronaldu Türkiyəyə keçməyəcək, karyerasını Al‑Nəsr klubunda bitirəcək

Futbol
Bu gün, 15:25

Arif Əsədov: Milli futbolçularımızın potensialı Lixtenşteyn qarşı yüksəkdir

Futbol
Bu gün, 15:20

Liverpulun kapitani Van Deykin müqavilə uzadılması ilə bağlı danışıqlar hələ də davam edir

Futbol
Bu gün, 15:09

Millətlər Liqası 5-ci tur: Almaniya 1/4 final ümidini itirə bilər - Niderland, Yunanıstan və digər vacib qarşılaşmalar

Futbol
Bu gün, 14:55

Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıq ittihamı ilə üzləşdi

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Lixtenşteynə səfərdə qalib gəlmək məcburiyyətindəyiz”

Futbol
Bu gün, 14:26

Neftçi futbolçusu Benin milli komandasında 5-1 qalibiyyətə qatıldı

Futbol
Bu gün, 14:24

İtaliya yarımmüdafiəçisi rəqibinin dişini qırdı - UEFA Millətlər Liqası

Oxşar xəbərlər