top
Brnoda motosiklet yarışında iki idmançı həlak olub Idman.biz
12 iyul 2026, 21:13
- ↺ +

Brnoda motosiklet yarışında iki idmançı həlak olub

Avstriyalı motosiklet yarışçısı Filipp Ştaynmayr və rumıniyalı Adrian Rus Çexiyanın Brno şəhərində keçirilən beynəlxalq yarış zamanı baş verən qəzada həyatlarını itiriblər.

İdman.Biz xəbər verir ki, hadisə iyulun 11-də "Alpe Adria" Beynəlxalq Motosiklet Çempionatının üçüncü mərhələsinin şənbə proqramı zamanı "Brno Avtomotodromu"nda baş verib.

Avropa Motosiklet İttifaqının (FIM Europe) açıqlamasına əsasən, tibbi xidmət əməkdaşlarının dərhal müdaxiləsinə baxmayaraq, 32 yaşlı Filipp Ştaynmayr aldığı ağır xəsarətlərdən vəfat edib.

Kritik vəziyyətdə xəstəxanaya çatdırılan 43 yaşlı Adrian Rusun da həyatını xilas etmək mümkün olmayıb. Rumıniyalı motosikletçi bir müddət sonra xəstəxanada dünyasını dəyişib.

Qəzadan sonra təşkilatçılar həftəsonunun qalan proqramını tamamilə ləğv ediblər. Beləliklə, "Supersport 300" Avropa Kuboku, "Supersport 600" Avropa Kuboku, "Superstock 1000" Avropa Kuboku və qadınlar arasında Avropa çempionatı üzrə nəzərdə tutulan yarışlar keçirilməyəcək.

FIM Europe, "Alpe Adria" Motosiklet İttifaqı, yarışın promouteri və "Brno Avtomotodromu" həlak olan idmançıların ailələrinə, yaxınlarına və komandalarına başsağlığı veriblər. Hadisənin digər təfərrüatlarının mərhumların ailələrinə hörmət əlaməti olaraq hələlik açıqlanmayacağı bildirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:19

FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı

Futbol
Bu gün, 13:08

Barselona yarımmüdafiəçisi Rodri zədə səbəbindən Sabaha qarşı matçı buraxacaq

Digər
Bu gün, 13:00

Nazir Fərid Qayıbov Bakıda 18 ölkənin iştirakı ilə keçirilən inklüziv badminton avropa yarışının açılışında iştirak edib

Minifutbol
Bu gün, 13:00

Fərid Babayev: 2026/2027 mövsümündə futzalda legioner limiti, U-19 liqası və komandaların sayının artırılması

Futbol
Bu gün, 12:53

Joan Qarsiya 80,6 Milyon Avro Transfer Dəyəri ilə Dünyanın Ən Yüksək Qapıçısı

Minifutbol
Bu gün, 12:20

Minifutbol: Azərbaycan milli komandası reytinqdə ikincidir

Futbol
Bu gün, 12:08

Şəfa stadionunda təmir işləri yekunlaşır, FIFA sertifikatı alınmış

Olimpiada
Bu gün, 12:01

Kenyan Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə dopingdan disqvalifikasiya edildi

Futbol
Bu gün, 12:00

Samir Abasov: Şahruddinin pley‑off şanslarını bilməməsi təbii haldır

Digər
Bu gün, 11:53

Yeni futsal mövsümünün loqosu təqdim edildi

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Oxşar xəbərlər