top
Bakıdan Almaniyaya reys - TƏQDİMAT İdman.biz
30 may 2024, 19:29
- ↺ +

Bakıdan Almaniyaya reys - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 15 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə D qrupunun komandalarını nəzərdən keçiririk. Fransanın favorit, Niderlandın iddialı olduğu qrupda Polşa ilə yanaşı, Avstriya da yer alıb.

Millimizin rəqibi
Avstriya millisi AVRO-2024-ə vəsiqəni seçmə mərhələnin VIII turunda əldə edib. Marsel Sabitzerin qolu ilə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gələn Ralf Ranqnikin yetirmələri Almaniya reysinə biletini Bakıda sifariş etmək hüququ qazanıblar. Bu qələbə sona iki tur qalmış ilk 2 yerdən birinin təmin olunmasına səbəb olub. Seçmə mərhələyə yığmamızla matçdakı 4:1 hesablı qələbə ilə başlayan Avstriya elə millimizlə görüşdə də istəyinə çatıb. Yalnız qrupun qalibi Belçika ilə qarşılaşmalarda (1:1, 2:3) xal itirən "Bizim oğlanlar" digər üç rəqibini asan keçib. Əsas rəqib İsveç (4:1, 1:0) və autsayder Estoniya (1:2, 0:2) da avstriyalıları dayandıra bilməyib.

Ardıcıl 3-cü cəhd
Avstriya millisi ardıcıl 3-cü, tarixində 4-cü dəfə Avropa çempionatının final mərhələsinə qatılacaq. İki dəfə qrupda qalan yığmanın ən yaxşı nəticəsi AVRO-2020-də qeydə alınıb. 1/8 finala qədər irəliləyən avstriyalılar bundan artığına nail olmayıblar. "Bizim oğlanlar" dünya çempionatlarında da acizdirlər. Sonuncu dəfə DÇ-1998-də final mərhələsi görən Avstriyanın yarımfinal oynadığı DÇ-1934 və DÇ-1954 isə artıq uzaq keçmişdə qalıb. Marsel Sabitzer, Arnautoviç, Mihael Qreqoriş kimi çox sayda ulduzlara malik yığma uğur həsrətinə son qoymağa iddialıdır. Amma püşk də onlardan üz döndərib. Seçmə mərhələdə Belçika kimi güclü rəqiblər mübarizə aparan Avstriyanı Almaniyada Fransa və Niderlandla çətin sınaqlar gözləyir. Qrupdan ən yaxşı üçüncülərdən biri kimi çıxmaq da yaxşı heç nə vəd etmir. Bu, qrup qaliblərindən birinə rəqib olmaq deməkdir. Buna görə də Ranqnikin yetirmələri iddialarını elə qrupdan göstərməyə başlamalıdır.

Avstriya millisinin qrupdakı oyunları:
17 iyun. Avstriya - Fransa
21 iyun. Polşa - Avstriya
25 iyun. Niderland - Avstriya

Qeyd edək ki, D qrupunun görüşləri 5 fərqli şəhərdə - Hamburq, Düsseldorf, Leypsiq, Berlin və Dortmundda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Bu gün, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Bu gün, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Bu gün, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Bu gün, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Bu gün, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Bu gün, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Bu gün, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Bu gün, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Bu gün, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Bu gün, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Futbol
Bu gün, 19:58

Sabiq Beşiktaşlı Valerien İsmael, Havre klubunun baş məşqçisi oldu

Futbol
Bu gün, 19:49

Paris klubunun prezidenti Antuan Arno ilə PSJ rəhbəri Nasser Əl Xəlaifi arasında münasibətlər gərginləşir

Digər
Bu gün, 19:34

“Kür”un xorvatiyalı həndbolçusu: “Rəqibimiz çempionatda daha müntəzəm oynadığı üçün üstünlük qazanır”

Futbol
Bu gün, 19:28

Anton Krivotsyuk Azərbaycan millisinin heyətindən çıxarılıb

Voleybol
Bu gün, 19:12

ORDU, Norveçin FORDE VBK ilə Avro 1/32 finalı üçün cavab oyununa çıxar

Digər
Bu gün, 19:12

Kür baş məşqçisi: 'Məğlubiyyət keçmişdə, cavab oyununda qalib gəlməliyik'

Futbol
Bu gün, 19:07

AFFA Arbitraj Tribunalı “Alanyaspor Baku” futbolçusunun cəzasını azaldı, “Lion”un şikayətini qismən təmin etdi

Digər
Bu gün, 18:59

Əbu-Dabidəki kütləvi dava üzrə hökm: Usman Nurməhəmmədova 6 ay həbs cəzası çəkildi

Futbol
Bu gün, 18:56

AFFA UEFA-ya Ermenistan-Kipr qarşılaşmasında separatçı rəmzlərinin nümayişinə görə etiraz məktubu göndərdi

Futbol
Bu gün, 18:54

Klopp: Milli komanda hazırlığından razıdır, Serbiyaya qarşı oyun üçün əla ab-hava var

Futbol
Bu gün, 18:45

PFL rəhbərliyi Çexiyada Dünya Liqaları Assosiasiyasının konfransında iştirak etdi

Futbol
Bu gün, 18:34

Buffon: Harri Keyn 'Qızıl top'u layiq qazanıb

Futbol
Bu gün, 18:29

Zidanın məyus olmasının səbəbi: müdafiədə problemlər

Oxşar xəbərlər