top
Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib Report.az
22 dekabr 2024, 18:23
- ↺ +

Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib

Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə "Prezident Kuboku" uğrunda yarış 2024-cü ilin "İdman Paytaxtı" olan Qubada baş tutub.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov "Prezident Kuboku"nun əhəmiyyətindən danışaraq bu cür kütləvi yarışların davamlı olaraq təşkil ediləcəyini bildirib.

Marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Çin və Belçika təmsilçilərinin də daxil olduğu 132 atlet mübarizə aparıb.

Quba Olimpiya İdman Kompleksində start götürən və qaçış məsafəsi 42 km 195 metr olan marafonda iştirakçılar Heydər Əliyev prospekti üzrə hərəkət ediblər.

Yekunda kişilərin mübarizəsində Türkiyə təmsilçisi Ahmed Alkanoğlu 02:40:37 göstərici ilə "Prezident kuboku"nun qalibi olub. Elman Abışov 2-ci, Ağa Əliyev 3-cü yeri tutub. Qadınların mübarizəsində Leyla Abdinova 03:28:48 nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuliya Belkova finişə 2-ci, Natalya Şiyanova isə 3-cü gəlib. 40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyasında müvafiq olaraq kişilərdə Qin Ru, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlarda isə Aynur Kazımova və Gülparə Əliyeva qalib adını qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:43

Ronaldunun 'Əl-Sədd' qarşılaşmasından əvvəl komanda yoldaşlarına müraciəti açıqlandı

Futbol
Bu gün, 01:40

Kristian Şevçenko 'Şolinq'də cəmi 8 həftə qalıb və 'Beyzinqstok Taun'a keçib

Futbol
Bu gün, 01:35

Pafos 0:2 hesabı ilə Danimarka “Midtüllann” klubuna məğlub oldu

Futbol
Bu gün, 01:30

Ronaldo kimi futbolçunun Portuqaliyada bir daha yetişməyəcəyini düşünmürəm

Futbol
Bu gün, 01:09

Amorim: Hər üç gündə qələbə məcburiyyəti təzyiqlə yaşayır

Futbol
Bu gün, 00:50

Barselona Qvardiolun transferində Rodrindən dəstək gözləyir

Futbol
Bu gün, 00:20

Səudiyyə şirkəti

Futbol
Bu gün, 00:19

Beşiktaş Avropa Liqasında İsrail klubu Hapoel Beer-Şeva'ni 2:1 məğlub etdi

Futbol
Bu gün, 00:10

Qavi: Ulduz deyil, komandamızın bir parçasıyam

Futbol
Bu gün, 00:01

Barella sevimli futbolçusunu Cud Bellinqəm kimi elan etdi

Futbol
Dünən, 23:44

Beşiktaş Batumda azarkeşlərin qarşısında güc tətbiq edən təhlükəsizlik qüvvələrini sərt şəkildə pisləyir;

Futbol
Dünən, 23:40

Ərdoğan Beşiktaşın prezidentinə zəng edərək azarkeşlərə dəstək verdi

Minifutbol
Dünən, 23:40

Qusarda keçirdiyim dövrü xatırlayıb, hələ də darıxıram

Futbol
Dünən, 23:36

Batumi insidenti Türkiyə klublarını birləşdirdi – Beşiktaşa dəstək

Futbol
Dünən, 23:27

İnter"də Karlos Auqusto ilə yeni müqavilə imzalandı

Futbol
Dünən, 23:21

Ronaldo karyerasını davam etdirmə qərarını mövsümün sonunda verəcək

Futbol
Dünən, 23:20

Vedat Muriqi ən yaxşı oyunçu mükafatını həyat yoldaşına təqdim edəcək

Futbol
Dünən, 23:06

Türkiyə Klubları Beşiktaş'a Güc Tətbiqini Kəskin şəkildə Pisləyir

Futbol
Dünən, 23:00

Tovuz, Xoşbəxt Xəbərlə Derbi Öncə Qəbul Edir

Futbol
Dünən, 22:55

Beşiktaş‑Hapoel qarşılaşması yenidən təyin edildi

Futbol
Dünən, 22:52

Batumi‑də “Beşiktaş” – “Hapoel Beer‑Şeva” matçı polis müdaxiləsindən sonra bərpa olundu

Futbol
Dünən, 22:52

“Qalatasaray” rusiyalı futbolçunun azad çıxış haqqını 80 milyon avroya yüksəltmək istəyir

Futbol
Dünən, 22:51

Juventus Daniel Yanesi transferini planlaşdırır;

Futbol
Dünən, 22:37

Gürcüstanda Beşiktaş və Hapoel Beer Şeva qarşılaşması polis müdaxiləsi ilə dayandırıldı, xəsarət alındı

Oxşar xəbərlər