Azərbaycan idmançıları Olimpiadalar tarixində 22 final qarşılaşmasına çıxıb.
İdman.biz xəbər verir ki, döyüş növlərində keçirilən bu həlledici görüşlərdə 8 qələbə qeydə alınıb.
İdmançılarımız 5 növ üzrə 7 proqramda final həyəcanı yaşayıb. Sərbəst güləşdə daha çox – 7 belə qarşılaşma olub. Həm bu proqramda, həm də cüdoda 3 qələbə yaşanıb.
Sərbəst güləş – 7 final, 3 qələbə
Cüdo – 5 final, 3 qələbə
Yunan-Roma güləşi – 3 final, 1 qələbə
Taekvondo – 2 final, 1 qələbə
Karate – 2 final
Qadın güləşi – 2 final
Boks – 1 final
Vüqar Xeyrullayev
İdman.biz