top
Azərbaycan millisinin baş məşqçi: Avropa Kubokundakı nəticəni pis hesab etmirəm Report.az
18 fevral 2025, 12:31
- ↺ +

Azərbaycan millisinin baş məşqçi: "Avropa Kubokundakı nəticəni pis hesab etmirəm"

İlin ilk turniri olduğu üçün nəticəni pis hesab etmirəm.

Bunu "Report"a açıqlamasında cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov deyib.

Mütəxəssis yığmanın Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanaraq komanda hesabında ikinci olması ilə bağlı fikirlərini bölüşüb:

"2025-ci ilin birinci turnirində çox kollektiv iştirak edirdi. 32 ölkədən 600-dən çox idmançı burada mübarizə aparırdı. Gürcüstan, İsrail və başqa ölkələrin qatılması ilə rəqabət də artmışdı. Bundan sonrakı mərhələlərə də yaxşı hazırlaşacağıq. Avropa çempionatından əvvəl 2-3 Avropa Kuboku da olacaq. Ən azından bunların hamısında yüksək nəticələr əldə etməliyik ki, qitə çempionatına vəsiqə qazana bilək".

E.İskəndərov millinin komanda hesabında birinci ola bilməməsinə də toxunub:

"İkinci gündə iki cüdoçumuz yarımfinalda gürcü idmançılara məğlub oldular. Halbuki onların finala yüksəlmək şansı 80-90 faiz idi. Ani taktiki səhvə görə uduzdular. Yarışda belə hallar olur. Öz səhvlərinə görə məğlub oldular. Finala yüksəlsəydilər, bəlkə də komanda hesabında birinci yeri biz tutacaqdıq. Yarışa yollananlar ölkə çempionatının 1-2-ci nömrələri idi. 16 idmançı, 3 nömrələr gözləmə mövqeyindədirlər. Onları martda Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kubokuna aparacağıq. Kim yaxşı nəticə versə, növbəti mərhələlərdə iştirak edəcəklər. Avropa çempionatına isə hələlik vaxtımız var".

Qeyd edək ki, Azərbaycan cüdoçuları Samorində 10 mükafat əldə ediblər. Yeniyetmələr arasında Avropa çempionatı iyunun 26-29-u aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

Yunis Hüseynov AFFA‑nin məhdud cəza qərarını tənqid edir

Futbol
Bu gün, 15:52

Azərbaycanın U-19 qadın millisi Avropa çempionatı seçmələrində Serbiyaya 0:3 hesabıyla məğlub oldu;

Futbol
Bu gün, 15:41

Neftçi – Zirə və Turan Tovuz – Kəpəz oyunlarının hakimləri müəyyənləşdi

Futbol
Bu gün, 15:40

Selta müdafiəçisi Markos Alonso karyerasını bitirməyə yaxın

Futbol
Bu gün, 15:40

Lids klubunun 29 yaşlı hücumçusu Dominik Kalvert-Lyuin 2029 yayına qədər müqavilə uzatdı

Formula 1
Bu gün, 15:31

Oliver Berman 2027-ci ildə də Haas komandasında davam edəcək

Futbol
Bu gün, 15:28

“Mançester Siti”nin soyunub‑geyim otağında maliyyə problemləri səbəbiylə fikir ayrılığı

Futbol
Bu gün, 15:13

"Turan Tovuz"un seneqallı hücumçusu İbrahima Vadji Fransa mətbuatında gündəmdədir

Futbol
Bu gün, 15:09

Veteran Tankçılar Gəncə"nin prezidenti hakimləri təhqir etdiyinə görə 8 oyuna cəzalandırılıb;

Futbol
Bu gün, 15:05

Arif Əsədov: “Sabah” Barselona ilə bərabər səviyyədə mübarizə apardı

Qarabağ FK
Bu gün, 14:58

“Qarabağ”ın 9 illik rekordunu “Sabah–Barselona” matçı qırmadı, “Sabah” üçüncü yerdədir

Futbol
Bu gün, 14:57

Mərakeş CAS-ın qərarına etiraz edəcək – Afrika MMC finalında qarşı-qarşıya vəziyyət

Futbol
Bu gün, 14:44

Mançester Yunayteddə zədə böhranı genişləndi

Futbol
Bu gün, 14:41

Manuel Noyerin həyat yoldaşı ilə ayrılmasının ardından yeni sevgilisi ilə İtaliya və Braziliyaya səfər

Futbol
Bu gün, 14:40

Tottenham 25 yaşlı Vangelis Pavlidisi Benfica təkliflə göndərəcək

Qarabağ FK
Bu gün, 14:40

“Zirə” ikiqolluq üstünlükdən sonra çətinliklərlə üzləşdi, “Şəfa” isə qalib gəlmək üçün risk etmək məcburiyyətində qaldı

Futbol
Bu gün, 14:29

Mingəçevinin baş məşqçisi Samir Məmmədov: "Karvan-Yevlax"a qalib gəlmək istəyirik, azarkeşlərimizi sevindirəcəyik

Futbol
Bu gün, 14:20

Nurlan Novruzov “Neftçi”də U‑12 komandası üçün məşqçi təyin olundu

Futbol
Bu gün, 14:20

I Liqada liderlər qrupundakı üç komandanın qarşılaşmalarından canlı yayım

Futbol
Bu gün, 14:20

Liverpul 42 milyon avro üçün mühafizəçini 60 milyon avroya geri almaq istəyir

Basketbol
Bu gün, 14:17

MBA Avropada 10 milyard avroluq basketbol arenası layihəsini açıqladı

Formula 1
Bu gün, 14:14

Telekanallar Qətər Grand Prix-də iştirak etməyəcək

Futbol
Bu gün, 14:12

"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirdi

Futbol
Bu gün, 14:10

Azərbaycan I Liqasının IX turu başlandı: "Baku Sportinq"–"Şahdağ Qusar" və digər oyuncaqlar

Oxşar xəbərlər