top
Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə proqramında İdman.biz
01 iyul 2024, 15:55
- ↺ +

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə proqramında

Azərbaycan İdman Akademiyasının "Bədən tərbiyəsi və idmanda reabilitasiya" ixtisası üzrə bakalavr təhsil səviyyəsində təhsil alan 13 tələbəsi Çexiyanın paytaxtı Praqada keçirilən təcrübə proqramında iştirak edib.

İdman.biz xəbər verir ki, proqramın ilk günü Karlov Universitetinin Fizioterapiya kafedrasının müdiri Tereza Novakova Akademiyanın nümayəndələri və tələbələri üçün kampus turu təşkil edərək onları dərs otaqları və avadanlıqlarla tanış edib.

Sonra tələbələr kafedranın müəllimləri Helena Vomackova, Michaela Stupkova, Katerina Marsakovanın praktiki dərslərində iştirak ediblər. Dərslər zamanı əzələ testləri, MET (Muscle energy technique) metodları və digər mövzular haqqında geniş məlumat verilib.

Bununla yanaşı, tələbələr universitetdən kənarda yerləşən Kladno hospitalında İlona Kucerovanın rəhbərliyi ilə avtoqəza və insult keçirmiş pasiyentlərin müayinəsini və əzələ testlərini müşahidə edərək reabilitasiya xidmətinin göstərilməsində yaxından iştirak ediblər.

Proqramın son günü tələbələrlə təcrübənin yekun sorğusu keçirilib. Bu, tələbələrin proqramdan əvvəl və sonra bilik səviyyələrini, əldə etdikləri irəliləyişi müəyyən etməyə imkan yaradıb.

Sonda Karlov Universitetinin ən qədim zalı olan Karolinum zalında Akademiyanın tələbələrinin sertifikat təqdimetmə mərasimi keçirilib. Fərqlənən tələbələrə sertifikatla yanaşı, xüsusi hazırlanmış hədiyyə də təqdim olunub.

Qeyd edək ki, Karlov Universiteti Mərkəzi Avropanın ən qədim universitetlərindən biridir. 2023-cü ildə Azərbaycan İdman Akademiyası ilə Karlov Universiteti arasında birgə bakalavr və magistr proqramlarının hazırlanması, akademik və tələbə heyətinin mübadiləsi və təcrübə proqramının təşkili məqsədilə müqavilə imzalanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Futbol
Dünən, 21:17

Flik Pedrinin oyun müddətini tənzimləyərək zədələrdən qoruyur

Futbol
Dünən, 21:03

Dayo Upamekano Konatenin Real Madriddeki çıxışını təriflədi

Futbol
Dünən, 20:48

Vernidub futbolçusuna oyun kəsimi təklif etdi – müdafiəçidən tənqid

Futbol
Dünən, 20:37

Bernalla, Barselona ilə 2031-ci ilədək müqavilə uzadıb

Futbol
Dünən, 20:27

Muslera üçün son oyun: Karyerasını bitirmə planı

Futbol
Dünən, 20:26

Kurtua: “Cud Bellinqem son dünya çempionatında İngiltərənin ən yaxşı futbolçusuydu”

Oxşar xəbərlər