top
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib Report.az
04 yanvar 2025, 15:59
- +

Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib.

"Report" xəbər verir ki, uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast 91 yaşında dünyasını dəyişib.

1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan keçmiş federasiya rəhbəri idmana uşaq yaşlarından maraq göstərib. O, erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. Yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olan SSRİ idman ustası, Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.

F. Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-1990-cı illərdə AGF prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.

Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:40

"Korintians" baş məşqçisi Dorival Junioru istefaya göndərdi

Futbol
Bu gün, 10:35

Konqo prezidenti dünya çempionatına vəsiqə qazanan futbolçulara "Jeep", pul və torpaq vəd edib

Basketbol
Bu gün, 10:20

ABL-də Pley-in Mərhələsinin İkinci Oyunlarına Start Verilir

Güləş
Bu gün, 10:20

Ukraynalı güləşçi Aida Kərimova: "Atam yevlaxlıdır, Yevlaxda qohumlarımız var" - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:16

Ronaldinyodan Lamin Yamal haqqında: "10 nömrə etibarlı əllərdədir"

Futbol
Bu gün, 10:09

Yerdi Sxauten 9 aylıq sıradan çıxıb, Dünya Çempionatını buraxacaq

Futbol
Bu gün, 10:05

"Roma"nın baş məşqçisi "İnter"ə məğlubiyyəti şərh edib

Minifutbol
Bu gün, 10:00

"Şuşa" Futzal Komandasında Maliyyə Böhranı: Oyunçular Meydana Çıxmaqdan İmtina Etdi

Minifutbol
Bu gün, 10:00

"Şuşa" Futzal Komandasında Maliyyə Böhranı: Maaş Gecikmələri Etirazlara Səbəb Olub

Basketbol
Bu gün, 09:50

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunları başlayır

Futbol
Bu gün, 09:44

Arne Slot mövsümün sonunda "Liverpul"u tərk edəcək

Futbol
Bu gün, 09:40

Bernardo Silva "Mançester Siti"dən ayrılır: Qvardiola təsdiqlədi

Futbol
Bu gün, 09:37

Premyer Liqa klublarının agentlərə xərclədiyi pullar: "Çelsi" liderdir

Futbol
Bu gün, 09:35

Bernardu Silva "Mançester Siti" ilə yollarını ayırır

Futbol
Bu gün, 09:20

Misli Premyer Liqası: Bu gün "Qarabağ" - "Karvan-Yevlax" oyunu

Futbol
Bu gün, 09:20

Dançiulesku: Luçeskunun Türkiyəyə məğlubiyyəti vəziyyəti pisləşdirdi

Futbol
Bu gün, 09:13

De Laurentis Kontenin İtaliya millisinə qayıtmasına yaşıl işıq yandırdı

Basketbol
Bu gün, 09:09

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları bu gün başlayır

Futbol
Bu gün, 09:00

"Qarabağ" - "Karvan-Yevlax" oyununun anonsu: Favorit Ağdam təmsilçisi

Futbol
Bu gün, 09:00

"İmişli" - "Turan Tovuz" oyunu: XXVI tur qarşılaşması

Futbol
Bu gün, 09:00

Misli Premyer Liqası: XXVI turda "Turan Tovuz" - "İmişli", "Qarabağ" - "Karvan-Yevlax" matçları

Futbol
Bu gün, 08:40

"Real" "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakrua ilə maraqlanır

Futbol
Bu gün, 08:25

PSV Niderland çempionu oldu

Futbol
Bu gün, 08:08

"Bavariya" Noyerin potensial əvəzedicisi kimi Verbruggeni nəzərdən keçirir

Oxşar xəbərlər