top
Azərbaycan Cüdo Federasiyasının rəsmisi: Kişilərdən ibarət yığma Böyük Dəbilqədə gözlənilən nəticəni göstərdi Report.az
17 fevral 2025, 12:19
- ↺ +

Azərbaycan Cüdo Federasiyasının rəsmisi: "Kişilərdən ibarət yığma "Böyük Dəbilqə"də gözlənilən nəticəni göstərdi"

Ümumilikdə götürsək, kişilərdən ibarət yığma "Böyük Dəbilqə"də gözlənilən nəticəni göstərdi.

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Qurum rəsmisi komandanın orta səviyyədə çıxış etdiyini bildirib:

"Hesab edirik ki, komanda ümumilikdə orta səviyyədə çıxış etdi. Nəzərə alaq ki, Hidayət Heydərov, Zelim Kotsoyev, Elcan Hacıyev, Turan Bayramov, Vüqar Talıbov, Murad Fətiyev və bir sıra idmançılarımız zədə və müxtəlif səbəblərdən bu yarışda iştirak etmirdilər. Ona görə də əvvəlki illərə nisbətən daha zəif çıxış etdik. Ümumilikdə götürsək, kişilərdən ibarət yığma gözlənilən nəticəni göstərdi. Təbii ki, bəzi idmançılar öz üzərlərində işləməlidirlər. "Böyük Dəbilqə" həm də daha böyük yarışlara hazırlıq üçün sınaqdır. Çatışmazlıqları görürük və növbəti mərhələlərdə onları aradan qaldırmaq üçün işimizi davam etdirəcəyik".

İcraçı vitse-prezident təşkilatçılığın yüksək səviyyədə olmasının arxasında böyük komanda işi dayandığını söyləyib:

"Azərbaycan Cüdo Federasiyasının istər "Böyük Dəbilqə", istər regional və ölkədaxili, istərsə də digər beynəlxalq səviyyədə yarışları təşkil etmək üçün böyük təcrübəsi var. Bu sahədə çalışan böyük komandamız var. Beynəlxalq Cüdo Federasiyası ilə qarşılıqlı əməkdaşlıq edirik. Qeyd etdiyiniz kimi, federasiya rəsmi saytı vasitəsilə həmişə olduğu kimi ən yaxşı tədbirlərdən birinin keçirildiyini vurğulayıb. Hər il təşkilatçılıq səviyyəsini daha da artırırıq. Bunun arxasında böyük komanda işi dayanır. Təxminən 250-300 insan çalışır. Bu, federasiyanın və tərəfdaş təşkilatların birgə əməyinin nəticəsidir".

R.Rəsullu dünya çempionatını da yüksək səviyyədə təşkil edəcəklərinə əmindir:

"Qarşıdan dünya çempionatı gəlir. "Böyük Dəbilqə" bizm üçün bir test yarışı oldu. Əminik ki, dünya çempionatını da yüksək səviyyədə keçirəcəyik".

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar. Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medala sahib çıxıblar. Azərbaycan turnirdə 32 idmançı ilə təmsil olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Oxşar xəbərlər