top
Avropa çempionatının qızıl medalını qazanan İsa Rüstəmov ölkəsinə dönüb - ŞƏKİL Idman.biz
18 aprel 2025, 21:30
- ↺ +

Avropa çempionatının qızıl medalını qazanan İsa Rüstəmov ölkəsinə dönüb - ŞƏKİL

Ağırlıqqaldırma üzrə Avropa çempionatında çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, komandamız Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük təmtəraqla qarşılanıb.

Mərasimdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovla yanaşı, idman ictimaiyyətinin digər üzvləri, gənc idmançılar və media nümayəndələri iştirak ediblər. Qarşılanma zamanı yığma komandamızın baş məşqçisi Maxtı Makkaev və Avropa çempionatının mükafatçısı İsa Rüstəmov jurnalistlərin suallarını cavablandırıblar.

İsa Rüstəmov: "Bu yarışa cox ciddi hazırlaşmışdıq. Avropa çempionatına yollananda qarşıya bir məqsəd qoyulmuşdu. Fəxri kürsüdə yer almaq. Hazırlığımız üçün federasiya rəhbərliyi tərəfindən ən yüksək səviyyədə şərait yaradılmışdı. Göygöldə keçirdiyimiz təlim-məşq prosesinin faydasını Avropa çempionatında gördük. Hər zaman demişəm ki, bu təkcə mənim uğurum deyil. Federasiya rəhbərliyi başda olmaqla, komandada olan hər kəsin bu nəticənin qazanılmasında payı var. Məqsədim gələcək yarışlarda da fəxri kürsüdə yer alıb bayrağımızı dalğalandırmaqdır. Zəhmət çəkib bizi qarşılamağa gələn hər kəsə minnətdarlığımı bildirirəm"

Maxtı Makkaev: "Bildiyiniz kimi 3 ay əvvələ qədər İsa Rüstəmov 73 kq çəki dərəcəsində yarışırdı. O bu çəkidə olanda B qrupunda mübarizə aparırdı. Onun çəkisini dəyişməsi ilə bağlı təhlillər apardıq və rəhbərliyə hesabat təqdim etdik. Düşündük ki, İsa 67 kq çəki dərəcəsində daha yaxşı çıxış edə bilər və belə də oldu. Əgər komanda üçün şərait yaradılırsa o zaman nəticə özünü çox gözlətmir. Federasiya prezidentimiz Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudova təşəkkürümü bildirirəm. Hər zaman bizə dəstək göstərən Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə də minnətdarıq. Çalışacağıq ki, gələcək yarışlarda da qarşıya qoyulan hədəflərə çataq. Potensiallı yeniyetmə və gənclərimiz var. Əminəm ki, onların arasından da Avropa və dünya səviyyəsində idmançılar çıxacaq".

Qeyd edək ki, komandanın heyətində İsa Rüstəmov 1 qızl, 1 gümüş və 1 bürünc medal qazanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Oxşar xəbərlər