Azərbaycanın daha bir parataekvondoçusu Serbiyaın paytaxtı Belqradda keçirilən Avropa çempionatında fəxri kürsüyə yüksəlib.
İdman.biz xəbər verir ki, milli üzvü Əbülfəz Abuzərli (80 kq) qitə birinciliyini gümüş medalla başa vurub.
K-44 kateqoriyasında mübarizə aparan Abuzərli finalda Jeonq Jooya (Cənubi Koreya) məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, bir gün öncə İmaməddin Xəlilov (70 kq) Avropa çempionu tituluna yiyələnib.
İdman.biz