top
AVRO-2024: Pley-offda 8 cütdən 5-nin əvvəlki OYUNLARI İdman.biz
27 iyun 2024, 16:42
- ↺ +

AVRO-2024: Pley-offda 8 cütdən 5-nin əvvəlki OYUNLARI

AVRO-2024-ün pley-offundakı 8 cütün daha öncə qitə çempionatlarının final mərhələsində 5-nin qarşılaşması olub.

İdman.biz xəbər verir ki, bu 5 cütün 7 matçının biri final, digər 6-sı qruplarda baş tutub.

Almaniya və Danimarka artıq 4-cü dəfə Avropa çempionatında üz-üzə gəlcəklər. Daha öncə Bundestin AVRO-1988-də eyni rəqibi 2:0, AVRO-2012-də isə 2:1 hesabı ilə məğlub edib. Danimarkalıların yeganə qələbəsi isə AVRO-1992-nin finalına təsadüf edib. Həmin matçda 2:0 hesabı komanda çempion tituluna yiyələnib. Yığmaların 4-cü qarşılaşması iyunun 29-da Dortmundda baş tutacaq.

Fransa - Belçika dueli Avropa çempionatlarında ilk dəfə 1984-cü ildə olub. Mişel Platininin 3 dəfə fərqləndiyi oyunda "üçrənglilər" rəqibi 5:0 hesabı ilə darmadağın ediblər. Belçikalılar həmin acı məğlubiyyətin əvəzini iyulun 1-də Düsseldorfda çıxmağa çalışacaqlar.

Niderland yığması rumınları AVRO-2008-də 2 cavabsız qolla məyus edib. Komandaların ikinci dueli 16 il sonra iyulun 2-də Münhendə keçiriləcək.

İngiltərənin Slovakiya ilə qitə yarışında yeganə qarşılaşması 8 il öncə azarkeşləri qol həsrətində qoyub. İndi iyunun 30-da Helzenkirhendə komandalar duellərinin ilk qolunu vurmağa çalışacaqlar.

Hazırkı 1/8 cütlərində olan komandaların ən yaxın zamanda olan rəqabəti isə AVRO-2020-də olub. 4 il öncə İtaliya və İsveçrə yığmalarının qarşılaşması 3:0 hesabı ilə cənubluların xeyrinə başa çatıb. İndi onları iyunun 29-da Berlin dueli gözləyir.

Portuqaliyanın Sloveniya, Türkiyənin isə Avstriya ilə yolları əvvəlki çempionatlarda kəsişməyib. Müvafiq olaraq, Frankfurtda (1 iyul) və Leypsiqdə (2 iyul) bu komandaların Avropa çempionatlarının final mərhələsində ilk rəqabətini izləyəcəyik.

İyunun 30-da Kölndəki İspaniya - Gürcüstan matçı da bu komandaların ilk qarşılaşması olacaq. Gürcüstan qitə yarışında debüt etdiyindən onların daha əvvəl final mərhələlərində üzləşmək şansı da olmayıb.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Futbol
Dünən, 21:17

Flik Pedrinin oyun müddətini tənzimləyərək zədələrdən qoruyur

Oxşar xəbərlər