top
AVF rəsmisi Bakıda məşqçi-müəllimlər üçün təşkil edilən kursu dəyərləndirib Report.az
28 dekabr 2024, 17:27
- +

AVF rəsmisi Bakıda məşqçi-müəllimlər üçün təşkil edilən kursu dəyərləndirib

Azərbaycan Voleybol Federasiyasının (AVF) təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşmə Bakıda məşqçi-müəllimlər üçün təşkil edilən kursla bağlı danışıb.

Mütəxəssis "Report"a açıqlamasında kursda iştirak edənlərin sayı və aparılan müzakirələrlə bağlı məlumat verib.

O, idmançıların atletik və psixoloji olaraq inkişafı mövzularına toxunulduğunu vurğulayıb:

"Kursa 21 nəfər yazıldı. Sonda isə 16 nəfərlə tamamladıq. Onlardan 14-ü sertifikat aldı. Kurs ərzində əsasən də aşağı yaş qruplarının seçilməsi, təhsil alması və onların oyun sistemlərinə dair bilgilər verildi. İdmançıların atletik və psixoloji olaraq inkişafı mövzularına toxunuldu. Son olaraq "Təhlükəsiz idman"la bağlı fikirlər bildirildi. Kursun sonunda iştirakçılar imtahan verdilər və nəticələrə əsasən dəyərləndirildilər".

C.Akarçeşmə aşağı yaş qrupları arasında yarışların hansı formada keçiriləcəyindən bəhs edib:

"Kursun önəmli tərəflərindən biri o idi ki, bu il U-12, U-14, U-16 və U-18 yaş kateqoriyaları yaradıldı. Yanvardan iyuna qədər bu komandalar regionlarda bir-biriləri ilə oynayacaqlar. Hər bölgədəki komandaların ən azı 15-20 oyun keçirməsini, yüksək yerləri tutanların Bakıda keçiriləcək Azərbaycan çempionatına qatılmasını təmin edəcəyik. Yaş qruplarının hər birinin inkişaf üçün fərqli sistemdə oynaması vacibdir. U-12 3x3 şəklində voleybol oynayacaq. Bu yarışlar 2025-ci ildə, məktəblər bağlandıqdan sonra iyunda keçiriləcək. U-14 4x4 şəklində oynayacaq. Təbii ki, uşaqlar üçün xüsusi qaydalar olacaq. U-16 6x6 şəklində, amma özəl oyun sistemi ilə çıxış edəcək. Bu, uşaqların çoxyönlü inkişafını təmin etmək və yığmalar üçün oyunçu yetişdirmək üçündür. U-18 komandası isə Superliqa qaydaları ilə oynayacaqlar".

Mütəxəssis oyunçuların yetişdirilməsi ilə bağlı kurslar təşkil ediləcəyini də bildirib:

"Yaxın zamanda Bakıda daha bir kurs açılacaq. Ardınca təhsil şəbəkəmizi genişləndirərək Gəncə, Naxçıvan, Hacıqabul, Tovuz və getmədiyimiz digər bölgələrə də yollanacağıq. Buna qədər Qəbələ və Sumqayıtda da oxşar kurslar təşkil etmişdik. Daha sonra məşqçilərimiz üçün müxtəlif mövqelər üzrə oyunçuların necə yetişdirilməsi ilə bağlı kurslar təşkil edəcəyik".

Qeyd edək ki, kursu uğurla keçənlərə AVF-nin "1-ci dərəcə" sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin "Level-1" seminarında iştirak etmək hüququ qazanacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər