top
Avarçəkmə üzrə Prezident Kuboku-2025 yarışında 20 ölkə iştirak edəcək Idman.biz
21 aprel 2025, 15:07
- ↺ +

Avarçəkmə üzrə "Prezident Kuboku-2025" yarışında 20 ölkə iştirak edəcək

Aprel 28-dən mayın 2-dək Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan "Prezident Kuboku 2025" beynəlxalq reqatasında iştirakçı ölkələrin adları açıqlanıb.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında təşkil olunacaq yarışda Avropa, Asiya və Afrikadan 20 ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 200-dən çox idmançı gücünü yoxlayacaq.

Aprelin 28-də "Prezident Kuboku 2025" beynəlxalq reqatası çərçivəsində Qarabağda- Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Ertəsi gün Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq.

Reqata mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Komandalar kayak, kanoe və akademik növlərdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında "Prezident Kuboku-2025" beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra mərasim bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, rəqs qrupları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Qeyd edək ki, "Prezident Kuboku" reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Dünən, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Dünən, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Dünən, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Dünən, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Dünən, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Oxşar xəbərlər