top
AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər Report.az
30 yanvar 2025, 11:43
- ↺ +

AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nı icra edən dövlət orqanları siyahısında yer alıb.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, agentlik Dövlət Proqramı çərçivəsində antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirib.

Silsilə layihələr fonunda AMADA tərəfindən Avropanın Profilaktika üzrə Tədris Proqramının (EUPC) təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunub. Bu proqramın davamı olaraq AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər.

Avropa İttifaqının Narkotiklər üzrə Agentliyi (EUDA) tərəfindən onlayn formatda təşkil olunan proqram psixoaktiv maddələrin istifadəsinin qarşısının alınması sahəsində sübutlara əsaslanan profilaktika yanaşmalarını öyrənmək məqsədilə geniş platforma təqdim edib. Beş gün davam edən bu proqram iştirakçılara ailə, məktəb və icma əsaslı profilaktika strategiyalarını mənimsəmək və bu bilikləri Azərbaycanın profilaktika tədbirlərində tətbiq etmək imkanı yaradıb.

Proqramın birinci günü onlayn platformanın funksiyalarının təqdimatı və profilaktika sahəsində giriş mövzularını əhatə edib, iştirakçılara təşkilati məlumatlar və tədris prosesinin ümumi məqsədləri izah olunub. İkinci gün psixoaktiv maddələrin istifadəsinin epidemiologiyası və profilaktikasının əhəmiyyəti barədə müzakirə aparılıb, profilaktika terminologiyası və onun düzgün tətbiqi haqqında məlumat verilib.

Növbəti günlərdə iştirakçılara BMT-nin Narkotiklərin Qarşısının Alınmasına dair Beynəlxalq Standartları və Avropanın Narkotik Asılılığın Qarşısının Alınmasına dair Keyfiyyət Standartları (EDPQS) barədə məlumat verilib, ailə, məktəb və iş yeri əsaslı profilaktikanın əsas prinsipləri istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin ətraf mühit və icma əsaslı profilaktika yanaşmaları ilə yanaşı, media vasitəsilə həyata keçirilən profilaktika müdaxilələrinin təsiri və effektivliyi haqqında məlumatlar təqdim olunub, habelə sübutlara əsaslanan profilaktika üzrə təbliğat strategiyaları, monitorinq və qiymətləndirmə mexanizmləri haqqında müzakirələr aparılıb.

AMADA-nın əməkdaşlarının bu proqramda iştirakı agentliyin beynəlxalq təcrübələrdən faydalanmaq və ölkə daxilində psixoaktiv maddələrin istifadəsinin qarşısını almaq üçün daha effektiv strategiyalar tətbiq etmək məqsədini bir daha vurğulayıb. Təlimdən əldə edilən biliklər AMADA-nın profilaktika üzrə milli strategiyalarının təkmilləşdirilməsində və dayanıqlı həllərin inkişafında mühüm rol oynayacaq. Agentlik sübutlara əsaslanan profilaktika yanaşmalarını həyata keçirmək və beynəlxalq standartlara uyğun təcrübələri genişləndirmək istiqamətində öz fəaliyyətini davam etdirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər