top
Almaniyada ürəyimiz onlarla döyünəcək - TƏQDİMAT İdman.biz
11 iyun 2024, 14:38
- ↺ +

Almaniyada ürəyimiz onlarla döyünəcək - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarış bu həftə start götürəcək.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə sonuncu - F qrupunun komandalarını nəzərdən keçiririk. Azərbaycan millisi bu dəfə də final mərhələsindən kənar qaldığı üçün ölkəmizin böyük hissəsi, az qala hamısı qardaş Türkiyə yığmasına azarkeşlik edəcək. Azərbaycanlı futbolsevərlərin ürəyi Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq komanda ilə döyünəcək.

AVRO-2024-ə namizəd
Türkiyə AVRO-2024-ə vəsiqəni seçmə mərhələdə qazanıb. Amma "ay-ulduzlular" burada oynamaya da bilərdi. Məsələ ondadır ki, qardaş ölkə Avropa çempionatı üçün mübarizəyə xeyli əvvəl başlayıb. Türkiyə final mərhələsinə ev sahibliyi etməyə iki namizəddən biri olub. Lakin səsvermədə Almaniyaya üstünlük verilib. Bu səbəbdən də "ay-ulduzlular" seçmə mərhələyə qatılıb. Onlar yalnız AVRO-2032-yə İtaliya ilə birlikdə ev sahibliyi edəcək.

Baş məşqçi dəyişikliyi ilə Almaniya bileti
Seçmə mərhələnin püşkü Türkiyənin üzünə gülməyib. "Ay-ulduzlular" qrupda Xorvatiya və Uels kimi iddialılarla mübarizə aparmalı olub. Ştefan Kuntsun rəhbərlik etdiyi yığma tsiklin əvvəlində Ermənistanda qələbə qazansa da (2:1), evdə Xorvatiyadan buraxılan iki cavabsız qol həyəcan təbili çalıb. Latviya ilə səfər (3:2), Uelslə ev (2:0) matçlarındakı qalibiyyətlər komandanı toparlayıb. Amme evdə Ermənistanı məğlub edə bilməmək, hətta yenilgidən son dəqiqələrdə qurtulmaq sonda baş məşqçi dəyişikliyinə çıxarıb. Almaniyalı postunu Vinçentso Montellaya verməli olub. Səfərdə Xorvatiyanı 1, evdə Latviyanı 4 cavabsız qolla keçən Türkiyə VIII turda Almaniyaya biletini təmin edib. Sonda Uelsdəki xal itkisi (1:1) də yığmanın 1-ci yeri tutmasına mane olmayıb.

Ardıcıl üçüncü cəhd
Türkiyə ardıcıl 3-cü dəfə Avropa çempionatının final mərhələsində oynayacaq. Lakin AVRO-2016 və AVRO-2020 heç də yaxşı xatirələrlə zəngin olmayıb. "Ay-ulduzlular" hər iki turnirdə qrupda qalmaqla azarkeşlərini üzüb. Bunadək də üç dəfə final mərhələsinə qatılan Türkiyənin debütü qrupda qaldığı AVRO-1996-da gerçəkləşib. Həmin vaxt qrupda qalan milli dörd il sonra 1/4 finala qədər irəliləməyi bacarıb. "Ay-ulduzlular"ın Avropadakı ən böyük uğuru isə 2008-ci ilin yarımfinalı olub. Almaniya ilə görüşün (2:3) son dəqiqəsində buraxılan qol final arzusunun üstündən xətt çəkib.

Türkiyə millisinin qrupdakı oyunları:
18 iyun. Türkiyə - Gürcüstan
22 iyun. Türkiyə - Portuqaliya
26 iyun. Çexiya – Türkiyə

Qeyd edək ki, F qrupunun görüşləri 4 fərqli şəhərdə - Hamburq, Helzenkirhen, Dortmund və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:55

Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıq ittihamı ilə üzləşdi

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Lixtenşteynə səfərdə qalib gəlmək məcburiyyətindəyiz”

Futbol
Bu gün, 14:26

Neftçi futbolçusu Benin milli komandasında 5-1 qalibiyyətə qatıldı

Futbol
Bu gün, 14:24

İtaliya yarımmüdafiəçisi rəqibinin dişini qırdı - UEFA Millətlər Liqası

Digər
Bu gün, 14:20

Mauro İkardi üzərində 11 yaşlı qızı və həyat yoldaşı ilə bağlı cinayət işi açıldı

Futbol
Bu gün, 14:00

Tiaqo Almeyda: Azərbaycanda futbol səviyyəsi yüksəkdir

Futbol
Bu gün, 13:54

Azərbaycan millisi Lixtenşteynlə sonuncu oyunda AVRO-2028 pley-off və 750 min avro mükafat uğrunda mübarizə aparaq

Futbol
Bu gün, 13:52

Pep Qvardiola ABŞ Milli Komandasının baş məşqçisi olmağa razıdır

Futbol
Bu gün, 13:49

Əfrən İsmayılov: "Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı səfər oyununda rahat qalibiyyət əldə edə bilər"

Digər
Bu gün, 13:40

Dana White sərt tənqidlə Usman Nurməhəmmədov və Merab Dvalişviliyə "axmaqlar dəstəsi" ifadəsi

Qarabağ FK
Bu gün, 13:40

Aleksey Kaşuk: “Qarabağda oynayaraq Ukraynaya dəvət almaq mümkündür”

Futbol
Bu gün, 13:30

Nəriman Axundzadənin “Ərzurumspor” ilə müqaviləsini erkən bağlaması ehtimalı

Futbol
Bu gün, 13:20

Kevin De Bruyne: "Arda Güller dünyanın ən yaxşı oyunçularından biridir - Real Madrid"

Boks
Bu gün, 13:10

Azərbaycan U-23 Avropa çempionatında 7 boksçu ilə yarışacaq

Futbol
Bu gün, 13:09

İspaniyanın Yamalı İngiltərə qarşısında hazırdır

Futbol
Bu gün, 13:00

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır: Mənfi ab-hava əvəzinə dəstəyə çağırış

Futbol
Bu gün, 12:40

Manhetten federal məhkəməsi UEFA-nın FİFA-nı Thrive Capital və JP Morgan-a qarşı irəli sürdüyü iddianı rədd etdi

Qarabağ FK
Bu gün, 12:40

Pedro Bikalyonun cərimə iddiaları rədd edildi – Klub açıqlama etdi

Qarabağ FK
Bu gün, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb;

Futbol
Bu gün, 12:25

Həbib Nurməhəmmədov Xviça Kvaratsxeliyanı izləmədən çıxardı, çünki futbolçu Merab Dvalişviliyə dəstək verir

Futbol
Bu gün, 12:20

Makron Vengerin FIFA prezidentliyi namizədliyini dəstəkləyir, Ramon Veqa da iştirak edəcək

Futbol
Bu gün, 12:12

Ozan Kabak qırmızı kart səbəbilə Türkiyə millisinin düşərgəsindən ayrıldı;

Futbol
Bu gün, 12:10

Andre Şinyaşiki Neftçidən ayrıldı, Braziliyanın Santa Cruz klubuna transfer oldu

Futbol
Bu gün, 11:40

Bruno Fernandes Manchester United-ın ikinci təklifini yenidən rədd edir

Oxşar xəbərlər