top
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb İdman.biz
16 sentyabr 2024, 09:35
- +

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb

Bakının Şüvəlan qəsəbəsinin Ağırlıqqaldırma Mərkəzində keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Kişilər arasında Amin Osmanov (55 kq), Dəniz Cabbarlı (61 kq), Ravin Alməmmədov (89 kq) və Nurlan Məmmədzadə (96 kq) öz çəki dərəcələrində həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kq), Qasım İsmayılov (73 kq) və Orxan Zöhrabzadə (81 kq) gənclərdə, Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq), Mürsəl Quliyev (102 kq), Əli Şükürlü (109 kq) və Dadaş Dadaşbəyli (+109 kq) böyüklərdə Azərbaycan çempionu adına layiq görülüblər.

Qadınlarda isə Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) böyüklərdə, Milena Hüseynli (59 kq) gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.

Yarışda komanda hesabında uğur qazanan kollektivlər Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən pul mükafatına layiq görülüblər. Azərbaycan çempionat və birincilikləri üçün təyin edilən xüsusi mükafat fondu idmançı və məşqçilərin həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədi güdür.

Gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında bütün rəqiblərini aşkar üstələyən Qazax komandasına 5 min manat mükafat verilib. 2-ci olan "Təhsil"

RİM-in Bakı şəhəri üzrə yığma komandası 3 min manat, 3-cü olan Gəncə komandası isə 1 (bir) min manat əldə edib.

Böyüklər arasında da Qazax komandası hamıdan güclü olduğunu sübut edib. Bu kollektivə AAF tərəfindən 10 min manat mükafat təqdim edilib. 2-ci olan Lənkəran komandası 5 min, 3-cü olan Sumqayıt komandası isə 3 min manat qazanıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 02:27

NBA Ulduzu Gilbert Arinas Qanunsuz Qumar Biznesinə Görə Saxlanılıb

Futbol
Bu gün, 02:24

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün Cütlükləri Bəlli Oldu

Futbol
Bu gün, 01:48

Viktor Osimhen "Qalatasaray"a Transfer Olundu

Futbol
Bu gün, 01:29

"Qarabağ"ın Çempionlar Liqası rəqibi "Şkendiya"nın Azərbaycan klubu ilə təcrübəsi: "Neftçi" ilə qarşılaşma

Futbol
Bu gün, 01:06

Fərid Nəbiyev yenidən "Kəpəz"də: Transfer təsdiqləndi

Cüdo
Bu gün, 00:36

Azərbaycan Cüdo Yığması Avropa Kubokunda 9 İdmançı ilə Təmsil Olunacaq

Futbol
Bu gün, 00:35

"Zirə" "Hayduk"la oyundan əvvəl Xorvatiyada son məşqini keçirdi

Futbol
Bu gün, 00:19

"Qarabağ"ın "Şelburn" üzərində qələbəsi ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsi

Futbol
Bu gün, 00:14

Tahir Gözel "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanacağına inanır

Futbol
Dünən, 23:51

"Neftçi" Çempionlar Liqasında "Fomget"ə məğlub oldu

Futbol
Dünən, 23:30

Fərid Nəbiyev yenidən "Kəpəz"də

Futbol
Dünən, 23:24

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi "Şkendiya" oldu - Sürpriz nəticə

Futbol
Dünən, 23:22

"Qarabağ"ın Çempionlar Liqası III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" oldu

Futbol
Dünən, 23:22

"Araz Naxçıvan" "Aris"lə oyundan öncə son məşqini keçirdi

Futbol
Dünən, 23:16

"Qarabağ"ın Çempionlar Liqasında "Şkendiya" ilə oyunu baş tutacaq

Futbol
Dünən, 23:05

Qurban Qurbanov: Avrokuboklarda daha yaxşı nəticələr gözləyirik

Futbol
Dünən, 22:59

Qurban Qurbanov "Transferləri mütləq etmək istəyirik" və "Qarabağ"ın oyununa dair fikirləri

Futbol
Dünən, 22:46

"Şelburn"un baş məşqçisi: "Bərabərləşdirmək şansımız var idi, amma bacarmadıq"

Futbol
Dünən, 22:45

"Şelburn" Baş Məşqçisi: "Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur

Futbol
Dünən, 22:43

Nelson Semedo "Fənərbağça"ya transfer olunur

Futbol
Dünən, 22:28

Qurban Qurbanov "Şelburn" matçından sonra futbolçularına irad bildirməyəcəyini açıqladı

Futbol
Dünən, 22:25

"Karvan" "İmişli"ni məğlub etdi

Güləş
Dünən, 22:25

Azərbaycan U-17 Güləşçiləri Dünya Çempionatında Medal Qazanıblar

Futbol
Dünən, 22:21

Kunde "Barselona" ilə müqaviləsini 2030-cu ilədək uzadır

Oxşar xəbərlər