top
Abşeronun türkiyəli basketbol oyunçusu uzun zaman Azərbaycanda yaşamaq niyyətindədir Report.az
23 aprel 2025, 17:02
- ↺ +

"Abşeron"un türkiyəli basketbol oyunçusu uzun zaman Azərbaycanda yaşamaq niyyətindədir

"Abşeron"un türkiyəli basketbolçusu Ömər Yavaş uzun müddət Azərbaycanda qalmaq istəyir.

"Report" xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ö.Yavaş qısa müddətdə ölkəmizə uyğunlaşdığını vurğulayıb:

"Azərbaycana çox qısa müddətdə uyğunlaşdım. Gözəl insanlarla tanış oldum. Belə atmosferdə, dəyər gördüyüm ölkədə uzun müddət oynamaq istəyindəyəm. Ümid edirəm ki, menecerlər, baş məşqçilər də haqqımda eyni şəkildə, müsbət düşünürlər".

Basketbolçu mövsümün tez bitməsini istəmir:

"Komanda kimi yaxşı oyun nümayiş etdirdik. Növbəti dəfə belə mübariz olsaq, qalib gəlmək şansımız artacaq. Mövsümün tez bitməsini istəmirik və buna görə də mümkün qədər irəli getmək üçün əlimizdən gələni edirik".

O, pley-off mərhələsində "Naxçıvan"a qarşı keçirəcəkləri sonuncu matçla bağlı da fikirlərini söyləyib:

"Bu, hər iki komanda üçün kritik qarşılaşmadır. Ona görə də gözəl və eyni zamanda gərgin matç olacaq. Şəxsən əlimdən gələnin ən yaxşısını edəcəyəm. Komanda şəklində hərəkət etsək, hər bir çətinliyin öhdəsindən gəlmiş olarıq. Bunu mövsüm ərzində də sübuta yetirmişik".

Ö.Yavaş Azərbaycan basketbolu haqqında fikirlərini bölüşüb:

"Bura gəlməyənə qədər çox böyük təəssüratım yox idi. Gəldikdən sonra isə gözəl rəqabət getdiyini gördüm. Yerlilər və ya legionerlər sonaqədər parket üzərində mübarizə aparırlar. Liqada çox dəyərli məşqçilər və oyunçular çıxış edir. Azərbaycan Basketbol Liqası dəyərləndirilməli çempionatdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Oxşar xəbərlər