top
ABF rəsmisi: FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq Report.az
29 dekabr 2024, 14:27
- ↺ +

ABF rəsmisi: "FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq"

FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında FIBA Çempionlar Liqasının ilk pley-in oyununun Bakıda keçiriləcəyinə münasibət bildirərkən deyib.

O, təşkilatçılıqla bağlı təcrübəyə malik olduqlarını bildirib:

"Türkiyə Basketbol Federasiyası və "Aliağa Petkim Spor" klubu bizə müraciət etdi. Komanda Bakıya yanvarın 5-də gələcək. Təşkilatçılıq baxımından təcrübəmiz var. "Sabah" klubu avrokuboklarda oynayıb. Bu səbəbdən xarici komandanın gəlişi, qidalanması, akkreditasiyası və başqa məsələlərlə bağlı təcrübəyə malikik".

O, federasiya tərəfindən lazımi işlər görüldüyünü vurğulayıb:

"Bildiyiniz kimi, İsrail və Türkiyə klubları neytral meydanda qarşılaşırlar. "Aliağa Petkim Spor" Azərbaycanda basketbolun inkişaf etdiyini nəzərə alaraq bizə müraciət edib. Komanda ev oyununu Azərbaycanda, səfər matçını isə Macarıstanda keçirəcək. İlk iki oyunda hesab bərabər olarsa, üçüncü görüş yenidən Azərbaycanda keçiriləcək. Bu matç yanvarın 22-də baş tutacaq. Təşkilatçılıqla bağlı heç bir problem olmayacaq. Federasiya tərəfindən lazımi işlər görülür. İstər rəsmi, istər qeyri-rəsmi olaraq klublarla təmasdayıq. Hakimlər, oyuna gələcək nümayəndə bəllidir. Pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq. Çünki Çempionlar Liqası FIBA-nın nüfuzlu turnirlərindən biridir. Bütün azarkeşləri yanvarın 7-də, saat 19:00-da Bakı İdman Sarayına dəvət edirəm".

Qeyd edək ki, FİBA Çempionlar Liqasında yanvarın 7-də Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda baş tutacaq. İki görüşə hesab bərabər olarsa, yanvarın 22-də üçüncü oyun da məhz Bakıda baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 21:20

13-cü turda cəzalanan iki məşqçi və iki futbolçunun cəzaları

Digər
Bu gün, 21:02

WADA yeni qərargahını müəyyənləşdirmək üçün şəhər seçimini müsabiqə yolu ilə elan edir

Futbol
Bu gün, 21:00

Sumqayıtın forvardı Jeam Oliveyra Braziliyada müalicə üçün yola saldı

Futbol
Bu gün, 20:40

Çempionlar Liqası 5-ci turunda rəmzi komanda kimlərdən ibarətdir?

Futbol
Bu gün, 20:40

Rafinya formasını Bakıda "Sabah"ın braziliyalı yarımmüdafiəçisi Du Keyruşa hədiyyə etdi

Futbol
Bu gün, 20:39

İnter-in qapıçısı Xosep Martines ölümlə nəticələnən qəza üzrə şərti cəza təklifinə prokurorluq razılıq verib

Futbol
Bu gün, 20:35

Roy Kin Bruno Fernandeşin "Mançester Yunayted"ə olan sədaqətini şübhə altına alıb

Futbol
Bu gün, 20:24

Şevalye Parisdəki qapıçı mövqeyini tərk etməyi planlaşdırır

Futbol
Bu gün, 20:12

PSJ-nin qapıçısı Luka Şevalye çıxış edə bilməməkdən dolayı qış transfer pəncərəsində klubdan ayrılmaq istəyir

Futbol
Bu gün, 20:09

Olisenin Bavariya'daki gələcəyi Musiala'nın qaraqlarından sual altına saldı

Futbol
Bu gün, 20:03

Qalatasaray hücumçusu Deniz Gülün Beşiktaş derbisinə qatılma ehtimalı

Futbol
Bu gün, 20:00

İlkin Fikrətoğlu: Dərd etməyin, Barselona ilə uduzdıq!

Futbol
Bu gün, 19:47

Barselona müdafiəçisi Balde sağ topuq yaralıyıb

Digər
Bu gün, 19:46

Yunus Akgün sabah toy olacaq

Voleybol
Bu gün, 19:45

AZERRAIL 3:0'dan Gəncləri yıxdı

Futbol
Bu gün, 19:40

Nazim Bağırov ‘Neftçi’ ilə çempion oldu, futzal klubu ilə müqavilə bağladı

Voleybol
Bu gün, 19:35

Azərbaycan qadın voleybol komandası Polşa klubu ilə 0:3 məğlub oldu

Futbol
Bu gün, 19:21

Arsenalın qapıçısı David Raya Mançester Siti ilə qarşılaşmada oynaya bilər

Qarabağ FK
Bu gün, 19:20

Barcelonanın forvardı Antoni Qordon: “Bakıda iki qol vurdum, hər şey mənim üçün uğurlu gedir”

Futbol
Bu gün, 19:14

Manchester City-də daxili fikir ayrılıqları və gələcək narahatlığı

Futbol
Bu gün, 19:00

Maudo Jarjue: çətin dövrə baxmayaraq vəziyyəti dəyişməliyik

Qarabağ FK
Bu gün, 18:55

"Nøftçi" Premyer Liqanın 13-cü turunda "Zirə" ilə oyuna son məşqləri keçirdi

Boks
Bu gün, 18:52

İstanbulda IBA Prezident Kuboku üç milyon dollarlıq fondla başlayır

Güləş
Bu gün, 18:42

Fərhad Bağırov Bakıda qrepplinq üzrə üç ardıcıl dünya çempionu oldu

Oxşar xəbərlər