top
ABF rəsmisi: Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olacağıq Report.az
08 yanvar 2025, 11:29
- ↺ +

ABF rəsmisi: "Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olacağıq"

Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olacağıq.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz bildirib.

ABF rəsmisi Azərbaycanın ən təhlükəsiz ölkələrdən biri olduğunu söyləyib:

"İsraildəki mövcud durumla bağlı bu ölkənin komandaları matçlarını doğma meydanda oynamırlar. Türkiyə klubları da bu ölkənin kollektivlərini təhlükəsizlik səbəbindən qəbul edə bilmirlər. Azərbaycan və Bakı dünyanın təhlükəsiz yerlərindən biridir. Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olacağıq. Dünən keçirilən oyundan hər kəsin məmnun qalması da buna işarədir".

İdman direktoru FIBA Çempionlar Liqasının rəsmi şəxsləri ilə dünən baş tutan görüşlə bağlı fikirlərini bölüşüb:

"Ümumiyyətlə, FIBA Çempionlar Liqasının pley-in matçının tarixdə ilk dəfə Bakıda keçirilməsi Azərbaycan basketbolu üçün gözəl hadisədir. Rəsmi şəxslər buradakı mühitdən məmnun olduqlarını söylədilər. Yaxşı bir oyun da izlədik. Təşkilatçılıqla bağlı hər şeydən razı qaldıqlarını bildirdilər. Azərbaycan basketbolu inkişaf edir. Onlar da bu yöndə bizimlə hər mövzuda əməkdaşlığa hazır olduqlarını vurğuladılar. Çempionlar Liqası hazırda FIBA-nın ən vacib turnirlərindən hesab edilir. "Sabah" klubu bu mövsüm yarışın təsnifat mərhələsində mübarizə apardı. Qarşıdakı illərdə də təmsilçilərimiz orada yer alacaqlar. Bu yöndə də fikirlərimizi bölüşdük. Aşağı yaş qruplarından ibarət komandalarla bağlı planlarımızdan söz açdıq. Onlarla əməkdaşlığımız davam edəcək. Yenə qazanan Azərbaycan basketbolu olacaq".

Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında baş tutan FIBA Çempionlar Liqasının pley-in oyununda Türkiyənin "Aliağa Petkim Spor" komandası İsrail təmsilçisi "Hapoel Holon"u 82:81 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:00

Sumqayıtın forvardı Jeam Oliveyra Braziliyada müalicə üçün yola saldı

Futbol
Bu gün, 20:40

Çempionlar Liqası 5-ci turunda rəmzi komanda kimlərdən ibarətdir?

Futbol
Bu gün, 20:40

Rafinya formasını Bakıda "Sabah"ın braziliyalı yarımmüdafiəçisi Du Keyruşa hədiyyə etdi

Futbol
Bu gün, 20:39

İnter-in qapıçısı Xosep Martines ölümlə nəticələnən qəza üzrə şərti cəza təklifinə prokurorluq razılıq verib

Futbol
Bu gün, 20:35

Roy Kin Bruno Fernandeşin "Mançester Yunayted"ə olan sədaqətini şübhə altına alıb

Futbol
Bu gün, 20:24

Şevalye Parisdəki qapıçı mövqeyini tərk etməyi planlaşdırır

Futbol
Bu gün, 20:12

PSJ-nin qapıçısı Luka Şevalye çıxış edə bilməməkdən dolayı qış transfer pəncərəsində klubdan ayrılmaq istəyir

Futbol
Bu gün, 20:09

Olisenin Bavariya'daki gələcəyi Musiala'nın qaraqlarından sual altına saldı

Futbol
Bu gün, 20:03

Qalatasaray hücumçusu Deniz Gülün Beşiktaş derbisinə qatılma ehtimalı

Futbol
Bu gün, 20:00

İlkin Fikrətoğlu: Dərd etməyin, Barselona ilə uduzdıq!

Futbol
Bu gün, 19:47

Barselona müdafiəçisi Balde sağ topuq yaralıyıb

Digər
Bu gün, 19:46

Yunus Akgün sabah toy olacaq

Voleybol
Bu gün, 19:45

AZERRAIL 3:0'dan Gəncləri yıxdı

Futbol
Bu gün, 19:40

Nazim Bağırov ‘Neftçi’ ilə çempion oldu, futzal klubu ilə müqavilə bağladı

Voleybol
Bu gün, 19:35

Azərbaycan qadın voleybol komandası Polşa klubu ilə 0:3 məğlub oldu

Futbol
Bu gün, 19:21

Arsenalın qapıçısı David Raya Mançester Siti ilə qarşılaşmada oynaya bilər

Qarabağ FK
Bu gün, 19:20

Barcelonanın forvardı Antoni Qordon: “Bakıda iki qol vurdum, hər şey mənim üçün uğurlu gedir”

Futbol
Bu gün, 19:14

Manchester City-də daxili fikir ayrılıqları və gələcək narahatlığı

Futbol
Bu gün, 19:00

Maudo Jarjue: çətin dövrə baxmayaraq vəziyyəti dəyişməliyik

Qarabağ FK
Bu gün, 18:55

"Nøftçi" Premyer Liqanın 13-cü turunda "Zirə" ilə oyuna son məşqləri keçirdi

Boks
Bu gün, 18:52

İstanbulda IBA Prezident Kuboku üç milyon dollarlıq fondla başlayır

Güləş
Bu gün, 18:42

Fərhad Bağırov Bakıda qrepplinq üzrə üç ardıcıl dünya çempionu oldu

Futbol
Bu gün, 18:40

Haland üçün Real və Barselona maraqlıdır

Futbol
Bu gün, 18:38

İranlı Hakim Sərxoş Vəziyyətdə Oyunçuya Əlaqə Qoydu, Oyun Dəyişdi

Oxşar xəbərlər