Hindistanlı qadın güləşçi Vinesh Foqat 100 qram artıq çəkiyə görə Olimpiadanın finalına buraxılmayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, idmançı bütün gecəni məşq edib, bu müddət ərzində 50 kq-a qədər çəki kateqoriyasına uyğunlaşmaq üçün isti kombinezonda ip atlayıb.
Lakin səhər saatlarında onun çəkisi 50,1 kq olub və hakimlər onu finala buraxmayıb. Beləliklə, qızıl medal avtomatik olaraq amerikalıya keçib.
Xəbəri eşidən Foqat huşunu itirib və Paris xəstəxanasına yerləşdirilib.