top
Zeyd Ələsgərov Dünya Çempionatındakı Bürünc Medalı və Gələcək Hədəfləri Barədə Report.az
29 avqust 2025, 10:49
- ↺ +

Zeyd Ələsgərov Dünya Çempionatındakı Bürünc Medalı və Gələcək Hədəfləri Barədə

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Zeyd Ələsgərov "Report"un turnirə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. O, yarışdakı çıxışı barədə danışıb və qarşıdakı hədəflərindən söz açıb.

- İlk olaraq əldə etdiyiniz medalla bağlı fikirlərinizi almaq istəyirik. Hansı hissləri keçirirsiniz?

- Çox sevinirəm. İlk iki rəqibimə qalib gəlmişdim. Sonra 1/4 finalda məğlub oldum. Buna baxmayaraq, ruhdan düşmədim. Təsəlliverici görüşdə, ardınca isə bürünc medal uğrunda qarşılaşmada yaponiyalı cüdoçuya qalib gəldim.

- Yarışa gələndə hədəfiniz nə idi?

- Dünya reytinqində birinci pillədə idim. Bura da iddialı gəlmişdim. Qızıl medal qazanmaq istəyirdim. Amma alınmadı. Qismət belə oldu. İnanıram ki, gənclər kateqoriyasında daha da yaxşı nəticələr göstərəcəyəm.

- 1/4 finalda məğlubiyyətə əsas səbəb nə oldu? Yeri gəlmişkən, həmin idmançı sonradan qızıl medal qazanıb.

- Bəzi səhvlər etdim. Bakıya qayıdandan sonra baş məşqçimiz Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə ilə həmin səhvlərin üzərində işləyəcəyəm.

- Medal qarşılaşmasından əvvəl məşqçilərlə nə danışdınız?

- Müəllimlər mənə öz tapşırıqlarını verdilər. Ən vacib olan rəqibin sol qolunu tutmaq və yuxarıdan atmaq lazım idi. Bunu da edib qalib gəldim.

- Qazandığın mükafatı kimlərə həsr edirsən?

- İlk növbədə Azərbaycan Cüdo Federasiyasına təşəkkür edirəm. Milli komandanın baş məşqçisi Emin İskəndərova, məşqçi Nicat Şıxəlizadəyə, şəxsi məşqçim İlqar Müşkiyevə minnətdaram. Üzərimdə əməkləri böyükdür. Qazandığım medalı isə ailəmə həsr edirəm.

- Artıq yeniyetmələrin kateqoriyasında iştirak etməyəcəksiniz. Qarşıdakı hədəfləriniz nədir?

- Gənclərdə çəkimi 66 kq-a qaldıra bilərəm. Fiziki hazırlığa önəm verəcəyəm. Qarşıda ağır məşqlər var. Daha güclü qayıdacağam. Gənclər arasında Avropa və dünya çempionu olmağa çalışacağam.

- Hər idmançının karyerası ilə bağlı hansısa arzusu olur. Sizdə nədir?

- Hədəf ilk növbədə idmanda qalmaqdır. Cüdodan uzaqlaşmaq niyyətində deyiləm. Allah qismət etsə, gələcəkdə Yay Olimpiya Oyunlarında iştirak etmək və Vətənə qızıl medalla qayıtmağı arzulayıram.

cüdo   dünya çempionatı   Bolqarıstan   Yay Olimpiya oyunları  
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Oxşar xəbərlər