top
Zelim Tçkayev dünya çempionatındakı bürünc medalı və müsahibəsi haqqında Idman.biz
17 iyun 2025, 14:35
- +

Zelim Tçkayev dünya çempionatındakı bürünc medalı və müsahibəsi haqqında

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Zelim Tçkayev (81 kq) Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, yığma üzvü görüşlərini dəyərləndirib.

- Səni dünya çempionatında qazandığın ilk medal münasibətilə təbrik edirik. Hisslərin, təəssüratların necədir?

- Təəssüratlarım əladır, çox sevincliyəm, çox xoşbəxtəm. Bu medal mənim üçün çox dəyərlidir. Mənə görə bu medal elə qızıl kimidir. Çünki bu, dünya çempionatında qazandığım ilk mükafatdır. Məşqçilərlə birgə plan hazırladıq və o plan uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bəli, görüş çətin keçdi, amma yenə də qalib gəldik.
- Yarımfinalda nə alınmadı? Qalib gəlmək imkanın vardı?

- Bəli, var idi. Amma belə alındı. Elə oldu ki, bu rəqibim məni üstələdi.

- Avropa çempionatının bürün medalı, dünya çempionatının bürünc medalı... Növbəti dəfə yəqin ki, medalın əyarını artırmağa çalışacaqsan.

- Bəli. Növbəti il dünya çempionatı Bakıda keçiriləcək və mən qızıl medal qazanmaq üçün bütün imkanları dəyərləndirəcəm.

- Eşitdik ki, federasiya rəhbərliyi də artıq səni təbrik edib. Nə dedilər, səni necə təbrik etdilər?

- Məni hər zamankı kimi təbrik etdilər, dəstək oldular.

- Bu qələbəni kimə həsr edirsən?

- Ailəmə, əlbəttə ki, Azərbaycana – çünki o mənə hər şeyi verib. Federasiyaya, bütün tibbi heyətə, məşqçilərə, bu yolda yanımda olan hər kəsə bu qələbəni həsr edirəm.

- İndi səninlə o qədər şəkil çəkdirdilər ki... Yəqin həyatında ilk dəfədir ki, bir axşamda bu qədər şəkil çəkdirirsən. Yoxsa, çox olub?

- Düzünü desəm, Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində qalib gəldikdə daha çox olmuşdu. Çoxlu uşaqlar vardı, böyüklər də. Növbəti hədəfim evə qayıtmaq, həyat yoldaşım və övladımla birlikdə istirahət etməkdir. Hazırkı məqsədim budur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Misli Premyer Liqasında 2026/27 mövsümü Tovuzda start verilir

Futbol
Bu gün, 08:40

Barselona üç mərkəz müdafiəçisi ilə maraqlanır

Futbol
Bu gün, 08:20

Roma, 21 yaşlı futbolçunun transferi üçün 40 milyon avro ödəyə bilər

Futbol
Bu gün, 08:08

PSJ “Barselona”dan Kubarsini transfer etməyə çalışır

Futbol
Bu gün, 08:00

Pol Poqba MLS və ya Səudiyyə Ərəbistanında karyerasını davam etdirə bilər

Futbol
Bu gün, 07:18

Çelsi, Mançester Yunayted və Tottenhem Nikolo Tresoldi ilə maraqlanır

Futbol
Bu gün, 05:10

Atalanta "Udineze"dən Danimarka millisinin oyunçusunu icarəyə götürüb

Futbol
Bu gün, 04:13

Fiorentina "Parma"nın forvard Mateo Pelleqrinonun transferini açıqlayıb

Futbol
Bu gün, 03:15

Markinyos dünya futbolunda ən çox titul qazanan ikinci oyunçu olub

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Dünən, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Dünən, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Oxşar xəbərlər