top
Varşava 2026: Qasımov və Feyziyevdən medallar Idman.biz
15 mart 2026, 23:58
- ↺ +

Varşava 2026: Qasımov və Feyziyevdən medallar

Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında keçirilən Avropa Açıq turniri (European Open 2026) yekunlaşıb. Yarışın sonuncu günündə Azərbaycan milli komandasının aktivinə daha iki medal yazılıb.

İdman.Biz xəbər verir ki, ağır çəkili cüdoçuların mübarizəsində Camal Feyziyev (+100 kq) uğurlu çıxışını finala qədər davam etdirib. Həlledici görüşdə rəqibinə məğlub olan idmançımız turnirin gümüş medalına sahib çıxıb.

Günün digər mükafatını isə təcrübəli cüdoçumuz Elmar Qasımov qazanıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız bürünc medal uğrunda görüşdə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xatırladaq ki, turnirin ilk günündə Tofiq Məmmədov (66 kq) da bürünc medal qazanmışdı. Beləliklə, cüdoçularımız Varşava sınağını bir gümüş və iki bürünc mükafatla tamamlayıblar.

22:37

Polşanın paytaxtı Varşavada keçirilən açıq Avropa turnirində Azərbaycan cüdoçusu Camal Feyziyev uğurlu çıxışı ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışı mükafatçılar sırasında başa vurub.

Bütün rəqiblərini üstələyərək finala qədər yüksələn Camal Feyziyev həlledici qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Bu nəticə ilə cüdoçumuz beynəlxalq arenada növbəti nailiyyətini aktivinə yazdırıb.

17:56

Polşanın paytaxtı Varşavada böyüklər arasında keçirilən "Warsaw European Open 2026" turniri başa çatmaq üzrədir. Azərbaycan cüdoçuları yarışın son günündə uğurlu çıxışları ilə diqqət çəkiblər.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev bütün rəqiblərini məğlub edərək turnirin finalına vəsiqə qazanıb. O, həlledici qarşılaşmada qızıl medal uğrunda mübarizə aparacaq.

Olimpiya Oyunlarının mükafatçısı Elmar Qasımov (100 kq) isə yarımfinal mərhələsində rəqibinə uduzaraq finalın bir addımlığında dayanıb. Təcrübəli cüdoçumuz fəxri kürsünün üçüncü pilləsi uğrunda təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, yarışın son günündə tatar üzərinə Azərbaycanın 5 təmsilçisi çıxıb. Onlardan Gülnarə Bayramova (57 kq) ilk mərhələni keçsə də, 1/8 finalda məğlub olub. Hazırda yığmamızın aktivində bir bürünc medal var. 27 ölkədən 370-ə yaxın idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.

11:49

Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında keçirilən Avropa Açıq Turnirinə (Warsaw European Open 2026) bu gün yekun vurulacaq. Yarışın ikinci - sonuncu günündə Azərbaycanın daha beş cüdoçusu mükafatlar uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, turnirin son günündə kişilər arasında Xəyyam Əliyev və Nihad Şıxəlizadə (hər ikisi 90 kq) qüvvəsini sınayacaq. Əliyevin rəqibi fransalı Aleksa Mitroviç, Şıxəlizadənin rəqibi isə Niderlanda tımsilçisi Den Hartoq Florisdir.

Elmar Qasımov (100 kq) Polşa təmsilçisi Mateus Vaçko ilə qarşılaşacaq. +100 kq çəki dərəcəsində mübarizə aparacaq Camal Feyziyev isə Almaniya təmsilçisi Marvin Belzlə döyüşəcək.

Qadınların yarışında isə Gülnarə Bayramova (57 kq) Malina Klaret Vilsonla (İspaniya) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan yığması bir medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bürünc medala sahib çıxıb. Ümumilikdə 19 cüdoçu ilə təmsil olunduğumuz yarışda 27 ölkədən 320 idmançı iştirak edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Bu gün, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Bu gün, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Bu gün, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Bu gün, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Bu gün, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Bu gün, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
Dünən, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
Dünən, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
Dünən, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
Dünən, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
Dünən, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
Dünən, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
Dünən, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Oxşar xəbərlər