Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları başlayıb.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün dörd azərbaycanlı cüdoçu tatamiyə çıxır.
Təmsilçilərimizdən Babarəhim Mirzəyev (60 kq) ilk görüşündə polşalı İqor Blaşçaka qalib gəlib.
Nazir Talıbov da Haiti təmsilçisi Etnaison Sent-Hilardan güclü olub.
***
09:30
Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları başlayır.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün dörd azərbaycanlı cüdoçu tatamiyə çıxacaq.
Babarəhim Mirzəyev (60 kq) polşalı İqor Blaşçakla qüvvəsini sınayacaq.
Nazir Talıbov Haiti təmsilçisi Etnaison Sent-Hilar ilə qarşılaşacaq.
Qadınların yarışında Könul Əliyeva (48 kq) və Aydan Vəliyeva (52 kq) mübarizəyə ikinci mərhələdən başlayacaqlar.
İdman.biz