Almaniyanın Reyn-Rur regionunda keçirilən Universiadada cüdo yarışları davam edir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün üç azərbaycanlı cüdoçu tatami üzərinə çıxacaq.
Nəriman Mirzəyev (73 kq) start görüşündə belçikalı Rey Marinks ilə qarşılaşacaq.
Mehdi Abbasov (81 kq) italiyalı Manuel Parlatti ilə üz-üzə gələcək.
Aytac Qardaşxanlı (70 kq) isə gürcü idmançısı Mariam Çanturiya ilə gücünü sınayacaq.
Yarışın birinci günündə cüdoçularımız medal qazana bilməyiblər. Ən yaxşı nəticəni beşinci yeri tutan Aydan Vəliyeva (52 kq) göstərib.
İdman.biz