top
Tbilisi Böyük Dəbilqəsi: Qamzatxanov 1/4 finalda, Nəsibov mübarizəni dayandırdı, Kaisinova məğlub oldu - YENİLƏNİR Idman.biz
22 mart 2026, 12:57
- ↺ +

Tbilisi Böyük Dəbilqəsi: Qamzatxanov 1/4 finalda, Nəsibov mübarizəni dayandırdı, Kaisinova məğlub oldu - YENİLƏNİR

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili təmsilçiləri 1/8 final görüşlərini keçiriblər.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov turnirə uğurlu start verib. O, ilk görüşündə Qazaxıstan idmançısı Yelaman Yerqaliyevlə qarşılaşıb. Gərgin keçən mübarizənin qızıl xal (Golden Score) bölümündə rəqibinə yuko fəndi ilə qalib gələn Qamzatxanov 1/4 finala vəsiqə qazanıb.

Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Kənan Nəsibov isə 1/8 finalda məğlubiyyətlə üzləşib. Almaniyalı Losseni Kone ilə qarşılaşan təmsilçimiz qızıl xal bölümündə rəqibinə uduzaraq yarışla erkən vidalaşmalı olub.

12:26

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili idmançılarının növbəti rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan hər iki cüdoçumuz 1/8 final mərhələsində ciddi rəqiblərlə qarşılaşacaqlar.

Kənan Nəsibov Almaniyadan olan Losseni Kone, Camal Qamzatxanov isə Qazaxıstan təmsilçisi Yelaman Yerqaliyevlə qarşılaşacaq.

Hər iki idmançımız bir nömrəli tatamidə mübarizə aparacaq. Kənan Nəsibovun görüşü proqram üzrə 21-ci, Camal Qamzatxanovun döyüşü isə 24-cü sırada yer alıb.

12:10

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın qadın idmançısı tatamiyə çıxıb.

İdman.Biz xəbər verir ki, +78 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova yarışa 1/8 final mərhələsindən başlayıb. O, bu mərhələdə İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşıb.

Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün qızıl xal (Golden Score) bölümünə ehtiyac duyulub. Bu hissədə rəqibinə məğlub olan Kaisinova turnirdə çıxışını başa vurub.

09:35

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatır. Yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü medallar uğrunda qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, bu gün həm kişilər, həm də qadınlar arasında ağır çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Kişilərin mübarizəsində +100 kq çəki dərəcəsində iki idmançımız 1/8 finaldan mərhələyə başlayacaq. Camal Qamzatxanov Saba Kardava (Gürcüstan) - Losseni Kone (Almaniya) cütünün qalibi ilə, Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) - Gela Zaalişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında isə +78 kq çəkidə çıxış edən Madina Kaisinova start götürəcək. O, 1/8 final mərhələsində İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər