top
Rixard Trautman: “2 qızıl medalı böyük nəticədir, amma iş davam edir” - MÜSAHİBƏ İdman.biz
27 may 2024, 13:51
- +

Rixard Trautman: “2 qızıl medalı böyük nəticədir, amma iş davam edir” - MÜSAHİBƏ

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Rixard Trautmanın İdman.bizə müsahibəsi

- Dünya çempionatından iki qızıl medal əvvəllər ancaq xəyal edilə bilərdi. Artıq bu, reallığa çevrildi. Demək olar ki, Abu-Dabidə hər şey tamamilə üst-üstə düşdü?

- Biz güclü komanda yarada bildik. Təbii ki, Hidayət Heydərov və Zelim Kotsoyev təkcə böyük potensiala deyil, həm də zəngin təcrübəyə malik idmançılardır. Amma medallar uğrunda mübarizə aparmağa qadir olan başqa cüdoçularımız da var. Mən Azərbaycanda ilk dəfə işə başlayanda nəsil dəyişikliyi dövrü idi. O dövrdə motivasiya problemi yaşayan güclü, amma yaşlı idmançılar çıxış edirdi. Bundan əlavə, onlar yeni təlimə hazırlıq ideyalarını qəbul etməyə hazır deyildilər. Həmin vaxt milli komandaya məşqçi təlimatlarını qəbul edən və yeniyetmələrin axını oldu ki, onlarla işləmək bir qədər asan idi. Təbii ki, hər şey zaman alır. Biz addım-addım irəlilədik və mühüm dəyişikliklər edə bildik. Lakin bu, hələ də davam edən bir işdir. Məsələn, "kumi-kata"da (tutma texnikası) böyük irəliləyiş əldə olunub, lakin "ne-vaza" (yerüstü döyüş) əsas problem olaraq qalır.

- Heydərovun qələbəsindən sonra onun arzusunu gerçəkləşdirdiyini qeyd etdiniz, amma qələbə komandada hər kəsin arzusu idi...

- Bu doğrudur. Hər bir ölkə titul arzusundadır, tarixə düşmək, qələbələr qazanmaq istəyir. Gələndə gördüm ki, Hidayət yüksək döyüş ruhu, yaxşı texnikası, yaxşı fiziki xüsusiyyətləri ilə seçilsə də, taktika seçimi məhduddur. Biz buna xüsusi diqqət yetirməyə başladıq və indi Heydərov həm çempionat boyu, həm də bir döyüşdə müxtəlif strategiyalar tətbiq etməyə qadir cüdoçuya çevrilib. Çünki bilavasitə rəqiblərlə qarşılaşdığınız zaman təkcə texniki və fiziki hazırlıq kifayət etmir. Biz uzun yol qət etmişik, lakin bu hələ başlanğıcdır. Hidayət döyüş instinktinə malikdir və daha da güclənə bilər.

- İndi Zelim Kotsoevin çempion portretinin konturunu verək. Dünya çempionu nə edir?

- Zelim məşqçilərin ondan tələb etdiyi hər şeyə açıqdır və qəbul edir. Bu mənada onunla işləmək asandır. Çünki özü də nə istədiyini bilir. O, başa düşür ki, rəqiblərini qabaqlamağa və onların hərəkətlərini öncədən görməyə imkan verən taktikanı necə qursun. Təbii ki, o, hələ gəncdir, səhvlərdən də qaçmaq olmur. Amma Hidayət kimi Kotsoyev də böyük potensiala malikdir.

- Hidayət və Zelim indi Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşarkən əla əhval-ruhiyyədə olacaqlar. Bəs digər kateqoriyalar haqqında nə demək olar? Axı Parisə yollanacaq heyətin tərkibi ilə bağlı qərar verməliyik?

- Yaxın günlərdə hər şeyi ciddi düşünməli, dəftərlərimizi götürməli, nəticələri təhlil və müzakirə etməliyik. İstənilən qərar asan olmayacaq. Çünki kimsə Olimpiya siyahısından kənarda qalacaq. Bu, məşqçiliyin ən xoşagəlməz anlarından biridir. Axı bəzi cüdoçular məyus olacaqlar. Bununla belə, Parisdə kimin medal şansı daha çox olduğuna baxmalıyıq. Dünyada hər kateqoriyada üçdən beşə qədər qələbəyə iddialı var. Böyük ehtimalla titulu onlardan biri qazanacaq. Məsələn, 73 kq çəkidə bunlar Hidayət, Soiçi Haşimoto və Manuel Lombardodur. Kotsoyevdə də durum eynidir. Digər çəkilərdə yaxşı potensiala malik cüdoçularımız var. Onlar titulun favoriti deyillər, lakin medallar uğrunda mübarizə apara bilərlər. Gəlin Turan Bayramovu (60 kq) götürək. O, həmişə uğur qazanmasa da, çox intizamlı idmançıdır. Abu-Dabidə fəxri kürsüyə yüksəlməyə yaxın idi. O, Giorgi Sardalaşvili keçsəydi, medal şansı olardı. Ya da Elcan Hacıyevi (81 kq) götürək. O, medal qazanmağa qadir idmançıdır. Amma bu dəfə medal qazanmaması onun üçün faciə olmamalıdır. Çünki iki il ərzində öz çəkisində favoritlərdən birinə çevrilib. Biz addım-addım getməliyik. İki il öncəki dünya çempionatını xatırlayın. Onda komanda Daşkənddə iki bürünc medal qazanmışdı. Zelim hətta qızıl qazana, heç olmasa finala çıxa bilərdi. Hamı çox əsəbiləşdi. Dohada keçirilən növbəti Dünya Kubokunda isə üç aparıcı idmançımız başı döşəyə dəydiyi üçün məğlub oldu. Yəni bir sıra nüanslar var. Bu yüz metr məsafəyə qaçış deyil ki, starta çıxıb qaçasan. Bizim idman növündə təmas var. İndi Abu-Dabidən iki qızıl mükafatla qayıtdıq. Bu, Azərbaycan üçün böyük nailiyyətdir. Son 20-30 ildə çox az ölkə dünya çempionatında iki qızıl medal qazanmaqla öyünə bilər. Yaponiya, Fransa, Cənubi Koreya, Gürcüstanın adını çəkmək olar. Təbii ki, cüdoda bu ölkələrin nəticələrinə yaxınlaşmaq üçün bir ildən çox, hətta bir nəsil cüdoçu yetişdirmək lazımdır. Ancaq düzgün yanaşma ilə bu nəzərəçarpan nəticəyə çatmaq olar.

- Dünya çempionatından sonra Olimpiadaya hazırlıq necə təşkil olunacaq?

- Abu-Dabidə idmançılar çox səy və emosiya göstərdilər. Bəziləri əldən verilmiş şanslardan narahatdırlar. Ona görə də ilkin olaraq dünən getdiyimiz Qubadakı təlim-məşq toplanışında idmançıların tonusunu bərpa etməliyik. Bunun üçün yüngül məşq keçəcəyik. Komanda yenidən bir araya gələcək və onda müsbət atmosfer yaratmaq lazımdır. Hazırlığa yenidən başladıqdan sonra biz məşqləri ciddi davam etdirəcəyik. Həmçinin keçdiyimiz yolu və nəyi daha yaxşı edə biləcəyimizi təhlil edəcəyik. Sonra Poreçə gedəcəyik. Xorvatiyada böyük təlim-məşq toplanışı qurulacaq. Oraya çox sayda idmançılar gələcək. Beynəlxalq sparrinq görüşləri də keçirmək mümkün olacaq. Daha sonra biz Bakıya qayıdacağıq. Onda cüdoçular sağlamlıqlarını yaxşılaşdıra biləcəklər. Bundan sonra komandanın daha bir təlim-məşq toplanışı olacaq. Bbu dəfə İspaniyanın Benidorm şəhərində hazırlıq keçəcəyik. Orada bir çox idmançı və komandalar bir araya gələcək. Bakıya qayıtdıqdan sonra isə iyulun 23-də Parisə uçmağı planlaşdırırıq.

- Aydın məsələdir ki, cüdoçuların Olimpiadada uğurla çıxış edəcəyi gözlənilir. Paris üçün plan nədir?

- Təbii ki, birinci vəzifə medal qazanmaqdır. Üç mükafat qazanacağımızı gözləyirik. Bir qızıl olacaq - əladır. İki yüksək mükafat qazanmağı bacarsaq - sadəcə əla. Gözləntilərin böyük olduğunu bilirəm. Amma eyni zamanda realistəm. Hər çəki dərəcəsində fəxri kürsü uğrunda mübarizə apara bilərik. Bundan əlavə, başqa bir vəzifə odur ki, cüdoçularımız yaxşı güləşsinlər. Uduza bilərsən, amma yüksək mübarizə ruhu nümayiş etdirməlisən.

- Söhbətimizin əvvəlində Azərbaycan cüdosunun gələcəyi üçün görüləcək işlərə toxundunuz. Komandanın geniş mənada tam formalaşdığını söyləmək olar?

- Biz çox mütəxəssisləri işə cəlb edirik. Son illərdə gənclər və yeniyetmələr beynəlxalq arenada yaxşı nəticələr əldə ediblər. Amma təhsil prosesi də vacibdir və ona xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, digər mühüm məqsəd 2028-ci il Olimpiadası, o cümlədən qarışıq komanda turnirində iştirak üçün heyət formalaşdırmaqdır. Aydın məsələdir ki, bunun üçün bizə ağır çəkilərdə idmançılar, o cümlədən qadınlar lazımdır. Əgər onlar olarsa, komanda yarışında da medallar uğrunda mübarizəyə qoşulmaq olar.

Zəki Feyzullayev
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Formula 1
Dünən, 23:57

2026-cı ildə Formula 1 sprint yarışları Azərbaycan Qran Prisində keçirilməyəcək

Basketbol
Dünən, 23:54

"Sabah" Litva klubuna sonuncu yoxlama oyununda məğlub olub

Futbol
Dünən, 23:50

"Benfika" - "Qarabağ": İlk hissənin nəticəsi 2:1

Futbol
Dünən, 23:47

Çempionlar Liqası: "Benfika" - "Qarabağ" matçında hesab 2:1 - YENİLƏNİR

Futbol
Dünən, 23:34

"Qarabağ" hesab fərqini azaltdı, "Benfika" isə artırdı - CANLI

Futbol
Dünən, 23:32

"Benfika" - "Qarabağ": "Qarabağ" hesab arasındakı fərqi azaldıb (2:1) - YENİLƏNİR-3

Futbol
Dünən, 23:31

"Qarabağ" - "Benfika" oyununun nəticəsi

Voleybol
Dünən, 23:29

"Azəryol" - "Union Kornoyburq" oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Futbol
Dünən, 23:18

Çempionlar Liqası: "Benfika" - "Qarabağ" oyununda hesab açıldı və "Benfika" ikinci qolu vurdu - YENİLƏNİR

Futbol
Dünən, 23:16

"Benfika" "Qarabağ" üzərində hesabda fərqi artırır

Futbol
Dünən, 23:16

"Benfika" "Qarabağ" üzərində hesab fərqini artırdı - CANLI

Futbol
Dünən, 23:07

"Benfika" - "Qarabağ" oyununda hesab açıldı: 1-0

Futbol
Dünən, 23:07

"Benfika" - "Qarabağ": Entso Barreneçea-nın erkən qolu

Futbol
Dünən, 23:00

"Qarabağ" "Benfika" ilə qarşılaşır: Start heyətləri və oyunun ilk hissəsinin nəticəsi

Futbol
Dünən, 22:55

"Barselona"nın "Kamp Nou"ya qayıdışı təxirə düşdü

Cüdo
Dünən, 22:55

Qarabağ və Şərqi Zəngəzurun yeniyetmə cüdoçuları region birinciliyində güclərini sınadı - FOTO

Futbol
Dünən, 22:44

Çempionlar Liqası: "Arsenal"ın qələbəsi və "Yunion"dan gözlənilməz nəticə

Formula 1
Dünən, 22:43

Şarl Lekler "Ferrari"nin Bakıda, Sinqapurda və Las-Veqasda uğur qazanma şanslarını qiymətləndirib

Cüdo
Dünən, 22:37

Yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur üzrə birincilikdə qaliblər müəyyənləşdi

Futbol
Dünən, 22:30

Tahir Gözəl "Qarabağ"ın "Benfika" ilə oyununu izləmək üçün Lissabonda səfərdədir

Futbol
Dünən, 22:28

"İmişli"nin texniki məğlubiyyəti: Mürsəlov səhvi qəbul etdi, "Qarabağ" təcrübəsini xatırlatdı

Futbol
Dünən, 22:25

FIFA klublara DÇ-2026 üçün rekord məbləğdə kompensasiya ayıracaq

Futbol
Dünən, 22:21

Çempionlar Liqası: "Arsenal" "Atletik" üzərində qələbə qazandı, "Qarabağ" "Benfika" ilə qarşılaşacaq

Futbol
Dünən, 22:14

Tom Lammensin fikri: Senne "Mançester Yunayted"dən "Qalatasaray"a keçməli idi

Oxşar xəbərlər