top
Orxan Səfərov: Təcrübəmi bölüşürəm, Avropa metodlarını Yaponiya yanaşması ilə birləşdirirəm Idman.biz
02 sentyabr 2025, 14:57
- ↺ +

Orxan Səfərov: Təcrübəmi bölüşürəm, Avropa metodlarını Yaponiya yanaşması ilə birləşdirirəm

Keçmiş cüdoçu Orxan Səfərov məşqçilik karyerasını inkişaf etdirməyə davam edir. Ötən il öz adını daşıyan akademiya açan Avropa çempionu, dünya çempionatlarının ikiqat mükafatçısı, iki Olimpiadada iştirak etmiş idmançı bu günlərdə Latviyadan gələn təklifi qəbul edib. Həmçinin o, "İdman səfiri" kimi MDB Oyunlarına hazırlaşır.

Səfərov İdman.biz-ə müsahibəsində hazırkı fəaliyyətindən danışıb.

- Bu günlərdə Latviyanın "Kyodai" klubunun məşqçilər heyətinə qoşulmusunuz. Vəzifələriniz nələrdən ibarət olacaq?

- Əsas məqsədim illər ərzində beynəlxalq arenada qazandığım təcrübəni paylaşmaqdır. "Kyodai"də aparıcı idmançıların hazırlığı, məşq prosesinin qurulması və gənclərin inkişafına kömək edəcəyəm.

- Ötən il açılan "Orxan Səfərov Akademiyası"nın uğurları necədir?

- Akademiya çox sürətlə inkişaf edir. İlk ildə uşaqlar və yeniyetmələrdən ibarət sabit qruplar formalaşıb, kəmər imtahanları müntəzəm keçirilir, komandalarımız beynəlxalq yarışlara qatılır. Ən çox qürur duyduğum məqam akademiyanın yalnız idman zalı deyil, eyni zamanda uşaqların intizam, hörmət və komandada çalışmağı öyrəndiyi məkan olmasıdır.

- İdmançı karyeranızı başa vurduqdan sonra bir neçə ay Yaponiyada məşqçilik kurslarında oldunuz və orada cüdoya baxışınız tamamilə dəyişdi. Yaponiya təcrübəsindən nəyi praktikada tətbiq edirsiniz?

- Yaponiya mənə cüdonun sadəcə idman olmadığını, həyat tərzi olduğunu göstərdi. Orada idmançının daxili vəziyyətinə və fəlsəfəsinə daha çox diqqət yetirilir. İndi işimdə Avropa hazırlıq metodlarını yapon yanaşması ilə birləşdirərək yalnız güclü cüdoçu deyil, həm də şəxsiyyət yetişdirməyə çalışıram.

- Avropa Cüdo İttifaqı çərçivəsində ustad dərsləri də keçirsiniz. Məşqçi roluna öyrəşmisiniz?

- Bu mənə böyük zövq verir. Gənc idmançıların və məşqçilərin alışıb-yanan gözlərini gördükcə və təcrübəmin başqalarına faydası olduğunu hiss etdikcə böyük motivasiya alıram. Məşqçilik məsuliyyətli missiyadır, çalışıram biliklərimi ən anlaşılan və ilhamverici şəkildə çatdırım.

- Milli komandanın Avropa və dünya çempionatı da daxil olmaqla, mövsümün ilk yarısındakı nəticələrini necə qiymətləndirirsiniz?

- Nəticələr sabitdir, lakin komandanın potensialı çox yüksəkdir. Parlaq qələbələr və medallar var, amma inkişaf etdirilməli məqamlar da mövcuddur. Ən önəmlisi isə tərəqqini və işin düzgün istiqamətdə getməsini görürük.

- Siz Azərbaycanın "İdman səfirləri" komandasındansınız. Yəqin ki, yaxın missiyanız MDB Oyunlarıdır. Oradan nə gözləyirsiniz?

- Bu, Azərbaycan idmanı üçün ilin əsas hadisələrindən biridir. İnanıram ki, idmançılarımız yüksək səviyyə göstərəcək və ölkəmizi layiqincə təmsil edəcəklər.

- Gələcəkdə karyeranızı inkişaf etdirməklə bağlı planlarınız nədir?

- Yaxın vaxtlarda akademiyanı inkişaf etdirməyə, ustad dərslərini və beynəlxalq layihələr vasitəsilə biliklərimi bölüşməyə davam etmək istəyirəm. Uzunmüddətli məqsədim idman strukturlarında rəhbər vəzifə tutaraq cüdonun ölkə və beynəlxalq səviyyədə inkişafına təsir etməkdir.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Futbol
Bu gün, 08:40

Zenit'in 26 yaşlı mərkəz müdafiəçısı Nuralı Alip Galatasaray'a keçə bilər

Futbol
Bu gün, 08:12

Real Madrid futbolçusunun Valverde'nin sağlamlığına dair narahatlığa son

Futbol
Bu gün, 08:00

Paris Klubu 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Oxşar xəbərlər