top
Nazim Umbayev: Dünya Çempionatı, hakimlər və Azərbaycan cüdoçularının çıxışı haqqında Idman.biz
31 avqust 2025, 12:40
- ↺ +

Nazim Umbayev: Dünya Çempionatı, hakimlər və Azərbaycan cüdoçularının çıxışı haqqında

Azərbaycanın cüdo hakimi Nazim Umbayevin "Report"a müsahibəsi

- Dünya çempionatı necə keçir? Təşkilatçılıqla bağlı nə deyə bilərsiniz?

- Çox möhtəşəm keçir. Gərgin mübarizələrə şahidlik edirik. Mundialda 70-dən çox ölkədən 600-ə yaxın cüdoçu qüvvəsini sınayır.

- Mundialda sizi təəccübləndirən ölkələr oldu?

- Hazırda elə dövrdür ki, zəif ölkə yoxdur. Cüdo bütün dünyada inkişaf edir. Zaman keçdikcə bu inkişaf daha da artır. Hər il təkmilləşir, yeni simalar üzə çıxır. Konkret liderlər yoxdur. Hər dəfə yeni idmançı görürük.

- Artıq fərdi yarışlar başa çatır. Sizxə, hakimlər işlərinin öhdəsindən gələ bildilər?

- Bu, dünya birinciliyidir. Belə yarışlara reytinqdə ilk 15 pillədə olanları dəvət edirlər. Hakimliyin də təşkilatçılıq kimi yüksək səviyyədə olduğunu deyə bilərəm.

- 2022-ci ildə A kateqoriyası almısınız. Bu mundialın karyeranızda nə kimi önəmi var?

- Təcrübə baxımından önəmldir. Dünya birinciliklərinə nə qədər çox dəvət alsam, təcrübəmi bir o qədər artıracağam.

- Bundan sonra hansı yarışa dəvət almısınız?

- Hələlik bəlli deyil. Qarşıda çox turnirlər var. Mötəbər yarışlardan biri gənclər arasında dünya çempionatıdır. Yəqin ki, hansınasa dəvət alacağam.

- Karyeranızda əsas hədəfiniz nədir?

- 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında hakim kimi iştirak etmək istəyirəm. Bunun üçün çalışıram.

- Son olaraq azərbaycanlı idmançıların çıxışı barədə də danışmağınızı istərdik. Fərdi mübarizəni iki bürünc medalla başa vurduq...

- Cüdoçularımızın hazırlıq səviyyəsi yüksək idi. Sadəcə, mənə elə gəlir ki, təmsilçilərimiz psixoloji cəhətdən uduzdular.

- Bəzi idmançıların püşkdə güclü rəqiblərlə düşdüyünü deyə bilərik?

- Bəli. Elə idmançımız var idi ki, ilk görüşdə Yaponiya cüdoçusu ilə üz-üzə gəldi. Amma istənilən halda bunu nəzərə almalısan. Onsuz da hansısa raundda güclülərlə üzləşəcəksən.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər