top
Milli Paralimpiya Komitəsi İlkin Nəsibovun Avropa çempionatına buraxılmaması ilə bağlı AÇIQLAMA yayıb Idman.biz
24 sentyabr 2025, 17:17
- +

Milli Paralimpiya Komitəsi İlkin Nəsibovun Avropa çempionatına buraxılmaması ilə bağlı AÇIQLAMA yayıb

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) paracüdoçu İlkin Nəsibovun Avropa çempionatına buraxılmamasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

MPK bildirib ki, paralimpiya idman növlərində çıxış etmək istəyən hər idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir: "Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir. Gürcüstanda keçirilmiş Avropa çempionatından əvvəl dörd idmançımız tibbi təsnifatda iştirak edib. Ölkəmizi qitə çempionatında ümumilikdə 8 paracüdoçu təmsil edib. Tibbi təsnifatdan keçmiş üç idmançımız daxil olmaqla, 2 gənc idmançımız ilk dəfə beynəlxalq arenada tatamiyə çıxıb. Paracüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq Tiflisdə himnizi səsləndirib, Dürsədəf Kərimova isə gümüş medala yiyələnib. Yalnız 2005-ci il təvəllüdlü İlkin Nəsibovun gözündə görmə əlilliyinin paracüdonun J2 kateqoriyasında çıxış etməsi üçün yetərli olmadığı məlum olub. Bu kateqoriyada qismən görmə məhdudiyyətli idmançılar mübarizə aparır".

Qurumdan o da vurğulanıb ki, MPK tərəfindən tibbi təsnifatla bağlı yenilənmiş qaydalara adaptasiya prosesi böyük həssaslıqla həyata keçirilir, bu prosesin sürətləndirilməsi üçün bütün zəruri addımlar atılır və mütəmadi olaraq federasiyalar və assosiasiyalar arasında bu istiqamətdə müzakirələr aparılır: "MPK olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik. Media nümayəndələrindən bu cür xəbərlərə həssas yanaşılmasını, ictimailəşdirilməmişdən öncə Komitənin mövqeyinin nəzərə alınmasını xahiş edirik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Fulhem - Malaqa: İspaniyalı məşqçi Arbeloa «qırmızı» vərəqə alıb

Futbol
Bu gün, 09:20

Bavariya Joao Palinyanı 25 milyondan ucuz satmayacaq

Futbol
Bu gün, 09:10

Mançester Siti Rodri üçün 82 milyon avro istəyir

Qarabağ FK
Bu gün, 09:00

Qarabağ Dinamo ilə oyunu

Futbol
Bu gün, 08:40

PSJ yaxın günlərdə 3 transferi bitirməyə hazırlaşır

Futbol
Bu gün, 08:20

Qalatasaray Qabriel Martinelli Transferi

Futbol
Bu gün, 08:19

Luis Enrike Avropa kuboklarında liderlik mübarizəsində Ferqyusona çatıb

Futbol
Bu gün, 08:00

Zlatko Daliç BƏƏ millisinin baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 07:11

Pari Sen-Jermen UEFA Superkubokunu qazandı

Digər
Bu gün, 06:17

Unai Emeri UEFA Superkuboku matçlarının hamısından məğlub olub

Futbol
Bu gün, 05:13

Dieqo Maradonanın ölümündən əvvəlki günlər: Həyəcan verici simptomlar

Futbol
Bu gün, 04:07

Xavi Niderland milli komandasının baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 03:12

Çelsi Enso Fernandesin Satılıq Olması Üçün Son Tarix Təyin Edib

Futbol
Bu gün, 02:05

Kristian Romero “Atletiko Madrid”ə keçib

Futbol
Bu gün, 01:51

Brayan Madco UEFA Superkubokunda qol vuran ən gənc oyunçu oldu

Futbol
Bu gün, 01:45

Luis Enrike UEFA Superkubokunu üçüncü dəfə qazanıb

Futbol
Bu gün, 01:33

Arsenal və Komo arasında yoldaşlıq matçında heç-heçə

Futbol
Bu gün, 01:21

Nottingem Forest Bayeri məğlub edib

Futbol
Bu gün, 01:15

Real Madrid Deportivo La Korumasını yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 01:03

PSJ UEFA Superkubokunu qazandı

Futbol
Bu gün, 00:55

PSJ ardıcıl ikinci dəfə UEFA Superkubokunu qazanıb

Futbol
Bu gün, 00:31

"Barselona"nın oyunçusu uğurla əməliyyatdan keçib

Futbol
Bu gün, 00:22

PSJ - "Aston Villa" matçında hesab dəyişib

Futbol
Bu gün, 00:09

Arsenal yenidən Ezri Konsa ilə maraqlanır

Oxşar xəbərlər