"Mançester Siti" "Barselona"nın Rodri üçün yeni təklifini rədd edib.
İdman.Biz-in "The Times"a istinadən məlumatına görə, Kataloniya klubu 30 yaşlı yarımmüdafiəçi üçün 51,3 milyon funt sterlinq (60 milyon avro) və əlavə 5 milyon funt sterlinq (6 milyon avro) bonus təklif edib.
İngiltərə klubu bu şərtlər altında oyunçunu buraxmaqdan imtina edib.
"Siti" "Barselona"ya yarımmüdafiəçini transfer etmək üçün 70 milyon funt sterlinq (82 milyon avro) təklif etməli olduqlarını bildirib.