UEFA Superkuboku uğrunda PSJ - "Aston Villa" matçı başa çatıb.
İdman.Biz bildirir ki, PSJ 2:1 qalib gələrək Superkuboku qazanıb.
00:52
UEFA Superkuboku uğrunda PSJ - "Aston Villa" matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 61-ci dəqiqədə Dezire Due fransalıları irəli çıxarıb - 2:1.
00:05
UEFA Superkuboku uğrunda PSJ - "Aston Villa" matçında ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, birinci hissədən sonra heç-heçədir - 1:1.
23:49
UEFA Superkuboku uğrunda PSJ - "Aston Villa" matçında ilk hissə bitib.
İdman.Biz bildirir ki, birinci hissədən sonra heç-heçədir - 1:1.
23:46
UEFA Superkuboku uğrunda PSJ - "Aston Villa" matçında hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 45-ci dəqiqədə Brian Maco hesabı bərabərləşdirib.
23:22
UEFA Superkuboku uğrunda PSJ - "Aston Villa" matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 20-ci dəqiqədə PSJ-dən Xviça Kvaratsxeliya hesabı açıb.
23:01
UEFA Superkuboku uğrunda həlledici qarşılaşma keçirilir.
İdman.Biz xəbər verir ki, mövsümün ilk böyük Avropa finalında UEFA Çempionlar Liqasının son qalibi PSJ ilə UEFA Avropa Liqasının qalibi "Aston Villa" üz-üzə gəlir.
10:49
Bu gün UEFA Superkuboku uğrunda həlledici qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, mövsümün ilk böyük Avropa finalında UEFA Çempionlar Liqasının son qalibi PSJ ilə UEFA Avropa Liqasının qalibi "Aston Villa" üz-üzə gələcək.
Görüş Avstriyanın Zaltsburq şəhərindəki "Red Bull Arena"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Somalidən olan FIFA referisi Omar Artan idarə edəcək. 34 yaşlı hakim üçün bu təyinat tarixi əhəmiyyət daşıyır. O, UEFA Superkubokunu idarə edən ilk qeyri-avropalı hakim olacaq.
PSJ 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının finalında "Arsenal"ı məğlub edərək turnirin qalibi olub. "Aston Villa" isə 2025/2026 mövsümündə UEFA Avropa Liqasının finalında "Frayburq"u məğlub edərək turnirin qalibi olub.
Beləliklə, Zaltsburqda keçiriləcək qarşılaşmada Avropanın iki əsas klub turnirinin son qalibi mövsümün ilk titulunu qazanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Superkuboku ənənəvi olaraq Çempionlar Liqasının və Avropa Liqasının son qalibləri arasında keçirilir.