top
Kamran Talıbov: “Fransalılarla söhbətdə Bakıdan gəldiyimi eşidəndə təəccübləndilər” İdman.biz
26 iyun 2024, 13:02
- ↺ +

Kamran Talıbov: “Fransalılarla söhbətdə Bakıdan gəldiyimi eşidəndə təəccübləndilər”

"Tokio-2020-də də fəaliyyət göstərmişəm. Yaponiyada ağırlıqqaldırma yarışında əməliyyatların idarə olunmasına dəstək göstərmişəm".

Bunu İdman.bizə Paris-2024 Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru Kamran Talıbov deyib.

O, təyinatını Azərbaycan idmanı üçün uğur adlandırıb: "Mən burda tək deyiləm. Digər şöbələrdə də həmyerlilərimiz var. Çox olmasa da, təxminən 3 nəfərin olduğunu bilirəm. Burada işlədiyimiz köhnə komandadan da simalar var. Hər zaman bir araya yığışanda onlar Bakı-2015-i xatırlayırlar. Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirirlər. Buna bir miras kimi baxırlar. 2015-ci ilə kimi azərbaycanlılar çox yarışda olmasa da, bundan sonra hər yerdə olduğumuzu deyirlər. Onlar hara gedirlərsə, həmvətənlərimizlə qarşılaşırlar. Həmin insanlar həm Azərbaycanda Avropa Oyunlarında çalışdıqları üçün xoşbəxtdirlər, həm də bir çox əməkdaşı yetişdirdikləri üçün qürur duyurlar".

O bildirib ki, Fransa paytaxtında çalışan 2 fransalı ilə bir gün öncə söhbəti zamanı Bakıdan gəldiyini eşidəndə təəccübləniblər: "Deyirlər ki, bir ölkə necə ola bilər ki, bu qədər sıçrayış edə bilər? Elə bir tədbir olmayıb ki, siz təşkil etməyəsiz. Bütün təşkil etdiyimiz yarışların adlarını da çəkdilər. Avropadan kənarda olsaq da, hər zaman izlənilirik. Təbii ki, bu, Azərbaycan idmanının uğurudur".

ACF rəsmisi qarşıdakı 2 ay ərzində voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis yarışlarında əməliyyatların idarə olunmasına dəstək göstərəcək. Talıbovun sözlərinə görə, Olimpiadada onu çox məsuliyyətli iş gözləyir: "Burada Cüdo Federasiyasında işlədiyimi bilirlər. Hətta əməlliyat şöbəsində işləyənlər onlarla təccrübəmi bölüşməyimi istəyirlər. Fərqli idman növlərində olmağımıza baxmayaraq, bir-birimizə hər zaman kömək edirik. Ağır məsuliyyət ilə qarşı-qarşıyayam. Nəzarət etdiyim idman növlərinin ağır çəkiləri var. 4 idman növündə əməliyyatları idarə etməklə yanaşı, hər gün oyunlardan sonra olacaq mətbuat konfranslarına da nəzarət edəcəm. Konfransalarında da dünyanın ən nüfuzlu mətbuat orqanları iştirak edəcək. Bunu idarə etmək, onlara nəzarət ağır bir iş yüküdür".

Funksioner artıq işinə start verdiyini deyib: "İşimdə ən çox məsuliyyətli olmağa və səliqəli yanaşmağa fikir verirəm. Bu Oyunlarla bağlı müəyyən təcrübən olsa, işləyə bilərsən. Mən isə burda yalnız işləmək yox, müəyyən təcrübə qazanmaq istəyirəm. Əməliyyat qrupu artıq bir araya gəlib. 2 gündür məlumatları almışıq. İndi çalışacağım idman növlərimin arenasına köçəcəyəm. Orda dizayn işləri, son tamamlanma işlərinə nəzarət edəcəm".

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək və avqustun 11-də yekunlaşacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Oxşar xəbərlər