top
İrina Kindzerskaya: Olimpiadadan sonra mənzil məsələsində mənə kömək edilər, amma maraq göstərilmədi Idman.biz
30 sentyabr 2025, 16:12
- ↺ +

İrina Kindzerskaya: Olimpiadadan sonra mənzil məsələsində mənə kömək edilər, amma maraq göstərilmədi

İrina Kindzerskayanın adı idman azarkeşlərinə yaxşı tanışdır. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın yeganə cüdo medalını qazanaraq bürünc mükafata sahib olub. Onun kolleksiyasında dünya və Avropa çempionatlarının, Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının və "Böyük Dəbilqə" yarışlarının medalları da var.

İrina Kindzerskaya İdman.biz-ə müsahibəsi zamanı hazırda həyatı, tatamiyə qayıtmaq ehtimalı və digər məsələlər barədə danışıb.

– İrina, bir müddətdir informasiya məkanında görünmürdünüz. Hazırda nə işlə məşğulsunuz, harada yaşayırsınız?

– Tokio Olimpiadasından sonra bir az istirahət edib karyeramı davam etdirməyi düşünürdüm. Amma Ukraynada müharibə başladığı üçün bu mümkün olmadı. Bakıya qayıtmaq barədə fikrim var idi, lakin mənzilim yox idi. Düşünürdüm ki, Olimpiadada qazandığım bürüncdən sonra mənzil məsələsində kömək edilər, amma maraq göstərilmədi. Mənə legioner kimi yanaşdılar. Halbuki həyat yoldaşım azərbaycanlıdır, bir qızımız var və illərlə Azərbaycanı böyük turnirlərdə təmsil edib layiqli nəticələr göstərməyə çalışmışam. Amma görünür, bu da kifayət etməyib. Orada dəyər verilmədiyini hiss edəndə davam etmək istəmədim. Hazırda ailəmlə birlikdə İtaliyada yaşayıram, övladımın tərbiyəsi ilə məşğulam.

– Azərbaycanlı idmançılarla əlaqə saxlayırsınızmı?

– Əsasən Mariya Stadniklə ünsiyyətim var. Digərləri ilə yaxın təmasda deyiləm, amma qələbə və medallarına görə onları təbrik edirəm.

– Tokio Olimpiadasındakı bürüncdən sonra faktiki olaraq karyeranızı bitirdiniz. Ən çox hansı xatirələr yadınızda qalıb?

– Çoxlu xoş və çətin anlar olub. Amma hər biri nəticə etibarilə müsbət təcrübə qazandırdı. Avropa və dünya çempionatlarının medalları, əlbəttə ki, Olimpiada – bunlar unudulmazdır.

– Cüdonu indi kənardan izləyəndə hansı dəyişiklikləri görürsünüz?

– Mənim fikrimcə, cüdonun səviyyəsi bir qədər zəifləyib. +78 kq çəki dərəcəsində bir çox güclü idmançılar artıq tatamidə deyil. Bəzən bəzi yarışların mükafatçılar siyahısına baxanda təəccüblənirəm. Çünki mənim vaxtımda həmin idmançılar ilk üçlüyə belə düşə bilməzdilər.

– Sizdə idmanda "tamamlaya bilmədiyim bir iş qaldı" kimi hiss varmı?

– Əslində, bütün turnirlərdən medalım var. Amma medal kolleksiyasının keyfiyyətini bir qədər də artırmaq istəyərdim. Amma nə edək belə alındı.

– İki il əvvəl qızınız Amira dünyaya gəldi. Onun da idmana maraq göstərəcəyini düşünürsünüzmü?

– Əgər qızımda həvəs və maraq olsa, əlbəttə dəstəkləyəcəyəm. Bu, onun seçimi olacaq.

– Öz gələcəyinizi necə görürsünüz?

– İdmanda qalmaq istəyirəm. Amma hələ ki, hansı statusda – idmançı kimi, yoxsa məşqçi kimi – dəqiq deyil. Tatamiyə qayıtmaq istəyim var. Dekret müddətində çox darıxmışam, gücüm və motivasiyam artıb.

– Yaxın vaxtlarda Bakıya gəlməyi planlaşdırırsınızmı?

– Əlbəttə, mütləq gələcəyik. Burada valideynlərimiz, yaxınlarımız var. Kimin məni legioner, kimin isə özümüzünkü hesab etməsindən asılı olmayaraq, Bakıda ailəmiz yaşayır və biz onları çox sevirik. Azərbaycan mənim üçün həmişə doğma qalacaq.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Futbol
Bu gün, 11:37

Mbappe-ın Çin reklam skandalı: üç şirkət əməkdaşlığı dayandırdı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Oxşar xəbərlər