top
İlham Zəkiyev: Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün gücüm yetər - MÜSAHİBƏ Report.az
22 sentyabr 2025, 17:28
- ↺ +

İlham Zəkiyev: "Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün gücüm yetər" - MÜSAHİBƏ

Doqquzqat Avropa çempionu olan Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) "Report"a müsahibə verib. Təcrübəli idmançı son olaraq Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib çıxmasından danışıb. İkiqat paralimpiya çempionu daha bir neçə il Azərbaycan bayrağını yüksəklərə qaldırmaq istədiyini deyib.

- Son olaraq Gürcüstanda keçirilən Avropa çempionatında qızıl medal qazandınız. Təəssuratlarınızı bilmək maraqlıdır.

- İki il idi ki, qızıl medal yox idi. Finalda daha əvvəl məğlub olduğum moldovalı İon Basocuya qalib gəldim. Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan bayrağını zirvəyə qaldırdığım üçün fəxr edirəm. Qələbəmi Azərbaycan xalqına, ölkə başçısı Prezident İlham Əliyevə, Vətən müharibəsində şəhid olan əsgərlərimizə və qazilərə həsr edirəm.

- Sentyabrın 20-də Avropa çempionu oldunuz. Həmin tarix iki əlamətdar hadisə ilə yadda qalıb - 2004-cü ildə Yunanıstanda keçirilən Afina-2004 Yay Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazanmağınız və Azərbaycanda Dövlət Suverenliyi gününün qeyd olunması. Bununla bağlı nə deyə bilərsiniz?

- Belə bir əlamətdar gündə qızıl medal qazanmağım, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və bayrağımızın ən ucada dalğalanması çox ülvi hisslərdir. Bunu sözlə ifadə etmək çətindir. Bu cür gözəl duyğuları yaşamağı hər bir Azərbaycan idmançısına arzu edirəm.

- Kolleksiyanızda bütün medallar mövcuddur. Növbəti hədəfiniz nədən ibarət olacaq?

- Allah Azərbaycan idmançılarını zədədən qorusun. İnşallah, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək və çempion olmaq istəyirəm. Avropa çempionatında yubiley olan 10-cu qızıl medalımı da qazanmaq istəyirəm. Axı niyə də olmasın?!

- Hazırda 45 yaşınız var və Azərbaycan paracüdoçuları arasında ən təcrübəlisiniz. Yarışlarda iştirak etmək üçün özünüzdə nə qədər güc görürsünüz?

- Nə qədər gücüm var, Azərbaycan dövlətinə, millətinə xidmət etmək istəyirəm. Gücüm yetdiyi qədər davam edəcəyəm. Finalda məğlub etdiyim idmançı məndən 17 yaş kiçik idi. Bu göstərir ki, bizdə hələ də alınır. Mənim işim xalqımızı qələbələrlə sevindirməkdir.

- Hazırda Azərbaycanın gənc paracüdoçuları arasında yeni ilham zəkiyevlər yetişir?

- Doğrusunu desəm, hələ ki, ikinci İlham Zəkiyev yoxdur. Çox istəyirik ki, gənclərimiz inkişaf etsinlər və müxtəlif nailiyyətlərlə Azərbaycan xalqına qələbələr bəxş etsinlər. 44 günlük Vətən müharibəsindən sonra qazilərlə görüşlər oldu və mən də orada iştirak etdim. Onlara təklif olundu ki, həyatlarına idmanla davam etsinlər. Tək paracüdo yox, digər idman növlərində çıxış etmək təklif olundu. Əksəriyyəti razılaşdı, yarışlarda iştirak edənlər də oldu, nəticə qazananlar da. Onlar necə ki, zamanında Şuşada, Xankəndidə və digər işğaldan azad olunan ərazilərimizdə şanlı bayrağımızı dalğalandırıblarsa, beynəlxalq arenalarda da bunu təkrarlayacaqlar.

İlham Zəkiyev Milli Paralimpiya Komitəsi Paralimpiada Qızıl medal paracüdo Avropa çempionatı
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Oxşar xəbərlər