top
İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi Idman.biz
Bu gün, 21:48
- ↺ +

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Beynəlxalq Cüdo Federasiyası (IJF) Azərbaycanın qadın cüdosunda tarixi nailiyyətə imza atan Könül Əliyevanın (48 kq) Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirindəki qələbəsinə xüsusi diqqət ayırıb.

İdman.Biz xəbər verir ki, federasiyanın məlumatında 48 kq çəki dərəcəsində finala yüksələn Əliyevanın turnir boyu üstün çıxışı ilə fərqləndiyinə diqqət çəkib. Onun həlledici görüşdəki rəqibi Türkiyə təmsilçisi Merve Azak olub.

23 yaşlı türkiyəli cüdoçu Əbu-Dabidə uğurlu çıxış edərək karyerasında ilk dəfə Dünya Cüdo Turunda medal qazanmaq imkanı əldə edib. O, finala gedən yolda Olimpiya və dünya çempionatlarının mükafatçısı, İsveç təmsilçisi Tara Babulfat da daxil olmaqla, rəqiblərini məğlub edib.

Final görüşünə daha fəal başlayan Azak ilk hücumu həyata keçirsə də, xal qazana bilməyib. Əliyeva isə rəqibinin təzyiqinə dərhal cavab verərək qısa müddətdə bir vaza-ari və iki yuko xalı əldə edib.

Azərbaycanlı cüdoçu qarşılaşmanın sonunadək üstünlüyünü qoruyub və qələbədən sonra sevincini məşqçisi ilə bölüşüb.

IJF bu nəticəni Azərbaycan qadın cüdosu üçün tarixi uğur kimi qiymətləndirib. Federasiya vurğulayıb ki, bu, ölkənin qadın cüdoçularının Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır. Finalda məğlub olan Merve Azak isə karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin mükafatçısı olub.

Könül Əliyeva finaldan sonra açıqlamasında sevincini gizlətməyib:

"İlk dəfə çempion oldum. Bu, mənim ilk "Böyük Dəbilqə" tituludur və çox xoşbəxtəm. Növbəti yarışlarımda da qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm. Olimpiya təsnifatı baxımından bu tempi qorumaq çox vacibdir. Olimpiya Oyunları üçün reytinqdə yüksək mövqe tutmağı da hədəfləyirəm".

48 kq çəki dərəcəsində bürünc medallardan birini rusiyalı Marina Vorobyova qazanıb. O, üçüncü yer uğrunda görüşdə fransalı Melani Lequ-Klemanı parterdə ipponla məğlub edib.

Digər bürünc medalın sahibi Türkiyə təmsilçisi Sıla Ersin olub. Onun portuqaliyalı Katarina Kosta ilə görüşündə uzun müddət xal qeydə alınmayıb. Sonradan Kosta yalançı hücumlara görə cəzalandırılıb və hansoku-make ilə məğlub olub. Ersin bununla karyerasında üçüncü "Böyük Dəbilqə" bürünc medalını qazanıb.

Qeyd edək ki, mükafatlandırma mərasimində medalları, pul mükafatlarını və gülləri IJF prezidenti Marius Vizer və Asiya Muay-Tay Federasiyasının baş icraçı direktoru Tareq Əl Mheyri təqdim ediblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Cüdo
Bu gün, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Oxşar xəbərlər