top
İdman səfiri dünya çempionatında cüdoçularımıza dəstək olacaq İdman.biz
17 may 2024, 16:02
- ↺ +

İdman səfiri dünya çempionatında cüdoçularımıza dəstək olacaq

"Komandanın son vəziyyətinə baxanda cüdoçularımızın hər birindən medal gözləyirik. Onlar bunu bacaracaq gücdədir".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq cüdoçusu Orxan Səfərov deyib.

Avropa çempionu dünya çempionatında yığmamızdan gözləntilərindən danışıb. O bildirib ki, cüdoçularımızın 3 qızıl medal qazanacağına inanır: "Komandada hər kəsin medal qazana biləcək gücdə olduğu müzakirə olunmur. Çempionluğa qaldıqda, Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyevdən (100 kq) bunu gözləyirəm. 60 və 66 kq-da çox güclü rəqabət var. Yaponlar məhz bu çəkilərdə 2 cüdoçu ilə təmsil olunacaqlar. Oradakı rəqabətin çox güclü olacağını hamımız bilirik".

Səfərov cüdoçularımıza BƏƏ-də dəstək olacağını da bildirib: "Hər zaman deyirdim ki, yəqin bir gün mən də idmandan ayrılıb dünya çempionatını rahat izləyə biləcəm. Həm yarışa baxacam, həm də orda İdman səfiri kimi təmsil olunacam. Komandamıza dəstəyimi verəcəm. Yığmada peşəkar məşqçilər işləyir. Onlar hər biri öz tövsiyələrini yarışdan əvvəl verirlər. Bizim əlimizdən gələn isə tribunadan onlara dəstək olmaqdır".

Qeyd edək ki, dünya çempionatı mayın 19-dan 24-ə kimi BƏƏ-nin Abu-Dabi şəhərində keçiriləcək.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Oxşar xəbərlər