top
Hidayət Heydərovun yeni çəki dərəcəsi ilə bağlı məlumat Idman.biz
25 iyun 2026, 14:38
- ↺ +

Hidayət Heydərovun yeni çəki dərəcəsi ilə bağlı məlumat

Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərovun yeni çəki dərəcəsində çıxış etməsi ilə bağlı məsələyə aydınlıq gəlib.

İdman.Biz-in sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, "Paris-2024" Olimpiadasının qalibi, dünya və dördqat Avropa çempionunun Sindao Qran-prisində 81 kq çəki dərəcəsində yarışması qərarı məşqçilər heyəti və idmançının ortaq mövqeyi əsasında qəbul olunub.

Federasiyadan verilən açıqlamada qeyd olunub ki, bu addım cüdoçunun sağlamlığının qorunması və yarış təcrübəsinin artırılması məqsədi daşıyır və onun karyerasını hansı çəki dərəcəsində davam etdirməsi barədə yekun qərar daha sonra veriləcək.

Federasiya həmçinin zədə səbəbindən son turnirlərdə iştirak etməyən Zelim Kotsoyev (100 kq) və Madina Kaisinovanın (+78 kq) vəziyyəti barədə də məlumat verib. Bildirilib ki, hər iki cüdoçunun zədəsi yüngül xarakter daşıyır və onların yaxın zamanda tatamiyə qayıtması gözlənilir.

Məhz bu səbəbdən Zelim Kotsoyev və Madina Kaisinova 26-28 iyun tarixlərində Çinin Sindao şəhərində keçiriləcək Qran-pri turnirini buraxacaqlar.

Qeyd edək ki, Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün bu yaxınlarda Monqolustanın Ulan-Bator şəhərində təşkil olunan Böyük Dəbilqə turnirində iştirak etməmişdi. Olimpiya çempionu karyerası ərzində böyüklər arasında qazandığı bütün əsas medalları 73 kq çəki dərəcəsində əldə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Lukaku “Fənərbağça”dan ayrıla bilər

Digər
Bu gün, 18:20

Valdas Dambrauskas: Müdafiədə məyyən boşluqlarımız ola bilər

Futbol
Bu gün, 18:20

Umarali Raxmonaliyev: 100 %dən artıq performans göstərəcəyik

Futbol
Bu gün, 18:20

Arda ”Real”dakı komanda yoldaşına nə hədiyyə etdi? - FOTO

Futbol
Bu gün, 18:13

Dambravskas Sabah — Barselona matçı öncəsi: "Barselona"da zəif tərəf tapmaq çətindir, Lamine Yamalın olmaması bizi narahat etmir

Futbol
Bu gün, 18:13

PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Voleybol
Bu gün, 18:10

“ORDU”dan qələbə

Futbol
Bu gün, 18:03

“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Basketbol
Bu gün, 18:02

“Siz bununla azarkeşləri aldadırsınız”

Boks
Bu gün, 17:58

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Futbol
Bu gün, 17:58

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir”

Qarabağ FK
Bu gün, 17:46

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

Digər
Bu gün, 17:45

Sterlinq: "Xoşunuza gəlmirsə, Amerikaya gəlməyin"

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:31

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Futbol
Bu gün, 17:16

Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

Futbol
Bu gün, 17:02

Borussiya Seru Qirassini 2030-cu ilə qədər müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 17:01

Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Oxşar xəbərlər