top
Fərid Qayıbov Qaxda yeni cüdo zalının açılış mərasiminə qatılıb - ŞƏKİLLƏR Idman.biz
16 may 2025, 16:17
- +

Fərid Qayıbov Qaxda yeni cüdo zalının açılış mərasiminə qatılıb - ŞƏKİLLƏR

Mayın 16-da Qax şəhər stadionunun ərazisində cüdo zalı fəaliyyətə başlayıb.

İdman.biz xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Zalda 150-dən çox idmançı cüdo ilə məşğul olacaq.

Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-2025-ci illərdə ACF Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad və Tərtərdə cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, 2022-ci ildən etibarən Bakı və regionlardakı 115 idman zalına federasiya tərəfindən 9500 ədədə qədər tatami verilib və 1900 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:22

Arsenal Morqan Rocerslə müqavilə bağlaya bilər

Futbol
Bu gün, 10:01

DÇ-2026-da bürünc medal uğrunda Fransa İngiltərə ilə qarşılaşacaq

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ DÇ-2026-da qol vuran futbolçunu transfer edəcək

Basketbol
Bu gün, 09:42

Bakı mərhələsi ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyası başlayır

Futbol
Bu gün, 09:31

Dünya çempionatı zamanı Banqladeşdə 12 azarkeş ölüb

Futbol
Bu gün, 09:30

Lids Tarik Muharemovi transferini tamamladı

Futbol
Bu gün, 09:21

Didye Deşam: “Fransa millisini darıxacağam”

Digər
Bu gün, 09:02

Azərbaycanda daha üç “Sağlam məhəllə” istifadəyə verildi

Futbol
Bu gün, 08:30

Ukrayna millisi Millətlər Liqasının ev oyunlarını Slovakiyada keçirəcək

Futbol
Bu gün, 08:00

Dünya çempionatının qaliblərinə veriləcək üzüklərin qiyməti açıqlanıb

Futbol
Bu gün, 06:19

Məhəmməd Salah “Beşiktaş”la razılığa gəlib

Digər
Bu gün, 05:13

Konor Makqreqor növbəti döyüşü Maks Holloueyə qarşı olacaq

Futbol
Bu gün, 04:12

Amorim Amad Diallonu “Milan”a gətirməyə çalışır

Futbol
Bu gün, 03:25

FIFA dünya çempionatının mətbuat konfransına bilet satılacaq

Futbol
Bu gün, 03:05

Atletiko Alvaresi heç bir şərtə satmayacaq

Futbol
Bu gün, 02:39

DÇ-2026 finalına getmək üçün Trampdan viza istəyib

Futbol
Bu gün, 02:10

Robin Qosens “Şalke 04”ə keçib

Futbol
Bu gün, 01:46

Atalanta Edersonla müqaviləni 2030-cu ilə qədər uzadıb

Futbol
Bu gün, 01:26

Aston Villa Yohan Manzambini transfer edib

Futbol
Bu gün, 01:07

DÇ-2026 finalı yanğınlar səbəbindən təxirə salına bilər

Futbol
Bu gün, 00:49

Erik Beyi “Kolambus Kryu”ya keçib

Futbol
Bu gün, 00:31

Yamal və Porro Argentinaya qarşı final matçına hazırdırlar

Güləş
Bu gün, 00:12

Azərbaycanlı döyüşçü Almatıdakı turnirdə qazaxıstanlı rəqibinə heç-heçə ilə başa vurub

Futbol
Dünən, 23:53

Zidanın Fransa millisinin məşqçi heyəti açıqlanıb

Oxşar xəbərlər