Hazırda dünya reytinqlərində lider olan yaponiyalı cüdoçuları bir maraqlı xüsusiyyət birləşdirir.
İdman.biz xəbər verir ki, bu il onların hamısı bu il Bakıdakı "Böyük Dəbilqə" turnirində qələbə qazanıb.
Dünya Cüdo Turunun ölkəmizdəki mərhələsində Ryucu Naqayama (60 kq), Takaşi Takeoka (66 kq), Tatsuki İshihara (73 kq) və Sanshiro Murao (90 kq) qızıl medallara sahib çıxıblar.
Daha sonra Naqayama, Takeoka və Murao dünya çempionu titulunu da qazanıblar.
Qeyd edək ki, Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində Yaponiya 10 qızıl, 4 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında qalib olub.
İdman.biz