Bu gün Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində 1/32 final mərhələsində Kamran Süleymanov yaponiyalı Şusuke Uçimura ilə üz-üzə gələcək. 81 kq-da isə 1/16 finalda Ömər Rəcəbli rumıniyalı Adrian Sulka ilə qarşılaşacaq.
Qadınların mübarizəsində 63 kq çəki dərəcəsində 1/16 finalda Fidan Əlizadə özbəkistanlı Sevinç İsokova ilə tatamiyə çıxacaq. 70 kq-da isə Südabə Ağayeva 1/16 final mərhələsində rusiyalı Kamila Badurova ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.